Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb
Bakı, 16 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Bu nəticədən sonra Tovuz təmsilçisi turnir cədvəlində 34 xalla 4-cü, Şamaxının eyniadlı klubu 24 xalla 8-cidir.
Turun bağlanış oyunu “Qəbələ” və “Sabah” komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Hazırda Bakı klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]