Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB-2 VİDEO

Münxen, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştirak ediblər.

Moderator Helqa Mariya Şmid: Mən üç il əvvəl Sizinlə birgə panel sessiyasında iştirak şərəfinə nail oldum. O vaxt mən ticarət marşrutlarının rəqəmsallaşması yolu bağlantılarını təşviq edən ATƏT-in Baş katibi idim. Ölkəniz Orta Dəhlizə xeyli sərmayə yatırıb. İcazənizlə bir sual verim: Rusiya ərazisi ilə Şimal marşrutu kimi alternativ marşrutlarla müqayisədə Avropa ilə Asiya arasında gələcəkdə ticarəti nəzərə alsaq, dayanıqlılıq və şaxələndirmə baxımından nə kimi imkanlar var?

Prezident İlham Əliyev: Çox sağ olun. Sonuncu dəfə panel sessiyasında görüşdükdən sonra regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Həmin dövrdə Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir.

Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır.

Regional bağlantı layihələri. Söhbət təkcə dəmir yollarından getmir, həmçinin fiber-optik kabellər də nəzərdə tutulur. Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarımızla sıx işləyirik. O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub. Azərbaycandan Ermənistana və oradan Avropa istiqamətində gedən dəhlizin yük həcmi baxımından böyük potensialı var. Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur. Çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək.

x x x

Ermənistan və Azərbaycanla qlobal bir marşrut yaranması istiqamətində əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdıran Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos deyib: “Ermənistan ilə Azərbaycan arasında sülh prosesi yeni qapılar açır və əvvəlcə icrası inanılmaz olan bunlara indi artıq bizdə inam yaranır. Prezident Əliyevə təşəkkürümüzü bildiririk ki, o, Avropa İttifaqının da bununla bağlı planlarına həmişə öz dəstəyini vermişdir”.

Marta Kos əlavə edib: “Çindən Avropaya gedən istiqamətə gəldikdə, biz istərdik ki, bu, şaxələndirilmiş formada olsun. Özəl şirkətlər qısa müddət ərzində daha çox yük çatdıra bilmələri üçün seçim etmək istəyirlər. Yekun nəticədə 2030-cu ilə qədər Trans-Xəzər marşrutu ilə daşımalarda üç dəfə artım ola bilər. Bu, artıq böyük yüklərin daşınması deməkdir ki, o da bizneslər üçün cəlbedicidir”.

“Çinin Azərbaycanla, Mərkəzi Asiya ilə və həmin bölgədəki digər ölkələrlə münasibətləri hər zaman vacib olubdur”, - deyən Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri Vanq Huiyao “Bir kəmər, bir yol” təşəbbüsündən danışaraq deyib: “Bu strategiya elə bir məqsədə yönəlib ki, həmin marşrutla həyata keçirilən daşımalar sadələşsin. Əlbəttə ki, Çin yeni dəhlizlərin genişləndirilməsinə töhfə verməyi, yeni layihələrin olmasını istəyir”.

Vanq Huiyao bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü, əslində, Trans-Xəzər regionuna aid ölkələri də əhatə edir. “Trans-Xəzər marşrutu da vacibdir”, - deyə o əlavə edib.

Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti deyib: “Bildiyiniz kimi, Çin çox yaxşı addımlar atır ki, maneələr azalsın, bağlantılar mümkün olsun. Ona görə bütün bu yaxşı nailiyyətlərin hamısı faydalıdır. Azərbaycan dost ölkədir. Mən Bakı forumlarında dəfələrlə iştirak etmişəm və əlbəttə ki, biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq”.

Moderator: Ötən ilin avqust ayında Siz Ermənistanın Baş naziri və ABŞ Prezidenti ilə Birgə Bəyannaməyə imza atdınız. Orada “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” qeyd olunur. Bu, “TRIPP layihəsi” adlanır. Beləliklə, istərdim Sizdən soruşum, bu layihə geniş Trans-Xəzər əməkdaşlıq çərçivəsinə necə uyğundur? Bu məqamda, həmçinin Ermənistanla sülh prosesinin mərhələsi ilə bağlı sual verməyə bilmərəm. Bağlantı layihəsi etimadın qurulması tədbiri kimi hansı rol oynayır? Daha sadə desək, bu il Siz sülh sazişini imzalayacaqsınızmı?

Prezident İlham Əliyev: Ümid edirəm ki, biz bu il sülh müqaviləsini imzalayacağıq. Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza minnətdarıq ki, onlar Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin edirlər. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq.

Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq. Bununla belə, yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” tamamilə yeni vəziyyət yaradacaq. Çünki qeyd etdiyim kimi, Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə növbəti töhfə olacaq. Çünki sülh həqiqi sülh prosesi getdikdə əldə oluna bilər. Sənədin imzalanması vacibdir. O, bünövrədir. Lakin sonra gördüyünüz işlərin də əhəmiyyəti heç də az deyil.

Azərbaycan ilə Ermənistan arasında sonuncu qanlı toqquşmadan Vaşinqton Sammitinə qədər çəkən müddət iki ildən az olub. Düşünürəm ki, bütün münaqişələri, xüsusən də üç onillik çəkən münaqişələri götürsək, bu, rekord göstəricidir. Bir sözlə, hər iki tərəf güclü siyasi iradə göstərdi ki, toqquşmaya son qoyulsun və sülh səhifəsi açılsın. Biz cəmi altı aydır ki, sülh içində yaşayırıq və inanın ki, bu, çox xüsusi hissdir, çox yaxşı hissdir və Azərbaycan əhalisi bunları bölüşür. Əminəm ki, Ermənistan əhalisi də. Bağlantı layihələri və dəhlizləri bizi daha sıx birləşdirəcək, bir-birimizdən daha asılı edəcək, Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq və bu halda Azərbaycan, Gürcüstan və Ermənistan üçtərəfli qaydada nəhayət qarşılıqlı fəaliyyətə başlayacaqlar.

x x x

Növbəti suala cavab verən Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos deyib: “Bizim Azərbaycan, Ermənistan və Türkiyə üçün gündəlikdə olan konkret layihələrimiz tərtib edilib. Siz TRIPP layihəsi haqqında danışdınız, onu da prioritet hesab edirik. O, cəmi 42 kilometri əhatə edir və nəinki TRIPP layihəsini həyata keçirmək, həmçinin digər layihələri də həyata keçirərik. Belə olmasa onun əhəmiyyəti olmaz. Məsələn, Naxçıvandan dəmir yolu vasitəsilə yeni çıxışın əldə edilməsi, həmçinin bu da bütün təsisatları maraqlandıran bir məsələdir. Hesab edirəm ki, özəl sektor da bu əsaslar üzrə təkliflərlə çıxış edə biləcək”.

“Bilirsiniz, bəzi hallarda Avropa İttifaqında qərarların qəbul edilməsi prosesi o qədər də asan deyil. Lakin bu dövrdə Naxçıvan istiqamətində TRIPP layihəsinin həyata keçirilməsi bütövlükdə şəraiti dəyişəcək, daha sonra isə Türkiyəyə çıxış əldə olunacaq”, - deyə o vurğulayıb.

Moderatorun 15 il sonra yüklərin həcm baxımından Orta Dəhlizin Şimal marşrutunu üstələyə biləcəyi ilə bağlı sualına cavabında Vanq Huiyao deyib: “Mənə elə gəlir ki, bütün tərəflər rifah əldə edəcəkdir. Mərkəzi Asiyadakı ölkələr də çox sürətlə inkişaf edir. Çin isə onların bir qonşusu olaraq ümumi daxili məhsulu da artırmaqdadır. Ticarət daha da arta bilər. Düşünürəm ki, yeni dəhlizlər əlavə fəaliyyətlərə təkan verəcək. Ona görə düşünürəm ki, bu, dəyərlidir, səmərəlidir və bəlkə də növbəti orta bir dəhliz layihəsi meydana çıxacaq. Mən kifayət qədər nikbin baxıram. Ticarət, iqtisadi əlaqələr və turizm - bütün bu sahələr çox zəruri hesab ediləcək. Əslində, biz turizmi daha yeni marşrutlar vasitəsilə inkişaf etdirə bilərik. Tutaq ki, siz Çinə səfər etdikdə müxtəlif marşrutlardan istifadə edə bilərsiniz. Burada dəmir yolu bağlantısı nəzərdə tutula bilər. Düşünürəm ki, bu, bizə daha çox imkanlar yaradacaq və cənab Prezidentin söylədiyi kimi, bizə sabitlik və dayanıqlı sülh lazımdır. Belə olan halda daha çox iqtisadi təmaslar qurulacaq. İstənilən bu və ya digər marşrut faydalı olacaq. Ən vacibi odur ki, iqtisadi baxımdan təcrübə toplansın”.

x x x

Sonra panel iştirakçıları sualları cavablandırıblar.

Sual: Təşəkkür edirəm. Belə bir maraqlı söhbətə görə minnətdaram. Mən Türkiyənin millət vəkiliyəm və həmçinin gənc liderlər sırasındayam. Orta Dəhlizin gələcəyi daha çox ABŞ-nin maraqlarından asılıdır. Biz ötən ildən etibarən görürük ki, ABŞ-nin maraqları yeni administrasiya vasitəsilə xeyli dəyişir. Birincisi, bu Orta Dəhliz hansı dəyişikliklər gətirəcəkdir və İranın gələcəkdə buna təsiri necə ola bilər?

Prezident İlham Əliyev: Düşünürəm ki, TRIPP-in Prezident Trampın adını daşıması faktı o deməkdir ki, bu dəhliz bu administrasiya üçün və bəlkə də bu administrasiyanın müddətindən sonra da vacib olacaq. Əks halda, Prezident öz adını verməzdi. Adın verilməsi onun həyata keçiriləcəyi deməkdir və ad təsdiqləndikdən sonra biz tamamilə əminik ki, Birləşmiş Ştatlar bunun bir hissəsi olacaq.

Hazırda əlimizdə olan məlumata görə, ABŞ ilə Ermənistan fiziki tikinti və investisiya hüququna malik olacaq şirkətin fəaliyyət parametrlərini müzakirə edirlər. Bu, artıq açıq mənbələrdən götürülüb. Biz bilirik ki, şirkətin 76 faizi ilk 49 il ərzində ABŞ-yə, 24 faizi isə Ermənistana məxsus olacaq, sonra isə daha 49 il olacaq. Başqa sözlə, bu format bir əsr ərzində işlək olacaq.

İkincisi, düzgün qeyd etdiyiniz kimi, Amerika administrasiyasından regionumuzdakı bağlantı layihələrinə fərqli yanaşmalar olub və yalnız Prezident Tramp hakimiyyətə gələndə biz böyük bir maraq görməyə başladıq. Başqa sözlə, region ölkələri, Azərbaycan, Gürcüstan, Xəzərin o tayında Mərkəzi Asiyadakı qonşularımız tərəfindən görülən bütün işlər Amerikanın heç bir praktiki iştirakı olmadan həyata keçirilib. Beləliklə, biz bunu Türkiyə ilə birlikdə özümüz etdik. Biz Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçən neft kəmərini, Avropaya uzanan qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edə bilərik ki, bunların hamısı Amerikanın heç bir praktiki iştirakı olmadan həyata keçirilib. Beləliklə, biz bunu özümüz etdik. Bu gün Prezident Tramp administrasiyasının diqqətini cəmləşdirdiyi böyük bir resursa sahib olduğumuz halda, əlbəttə ki, bu genişmiqyaslı layihələrin həyata keçirilməsi potensialı daha böyükdür.

Bir məqamı da vurğulamaq istəyirəm, biz region ölkələri haqqında danışdıq və Xəzər dənizinin o tayında Mərkəzi Asiyadakı qonşularımızı unutmamalıyıq. Çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropa - coğrafiya budur və Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə çox fəal qarşılıqlı əlaqədədir. Ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edildi, Mərkəzi Asiya beşliyi altılığa çevrildi. Bu, misli görünməmiş bir hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma Mərkəzi Asiya Məşvərət Şurasının üzvüyük.

Biz bağlantı sahəsində çox işlər görürük, Mərkəzi Asiya ölkələri ilə Çin arasında da bağlantı sahəsində çox işlər görülür. Xanım Helqanın vurğuladığı mövcud yollarla yanaşı, Çin tərəfindən tikilməkdə olan və maliyyələşdirilən başqa bir yol da var - Xəzərə aparan daha bir yol. Çindən Qazaxıstan vasitəsilə Xəzərə uzanan mövcud yoldan əlavə olaraq. Çin hazırda Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yolunu maliyyələşdirir. Yenə də yol Xəzər dənizinə gedir. Bu o deməkdir ki, o, Azərbaycana və sonra Cənubi Qafqazdan keçərək Avropaya çatacaq. Beləliklə, xeyli geosiyasət, xeyli beynəlxalq münasibətlər, xeyli diplomatiya həyata keçirilir. Azərbaycan bir çox ölkələrin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq.

x x x

Şirkətlərin cəlb olunmasının, siyasi iştirakçıların fəal rolunun, tərəfdaşlar arasında etimadın qurulmasının, yeni marşrutların İran istiqamətində açılmasının və Türkiyə tərəfindən dəmir yolu layihələrinə hazırlıq göstərilməsinin bütövlükdə imkanların genişlənməsinə xidmət etdiyini bildirən Marta Kos əlavə edib: “Əsrlər keçir, lakin biz bu dəyişikliklər haqqında indidən düşünməliyik. Bəlkə də bizə keçmişdə bu, inanılmaz görünürdü, lakin gələcək üçün yollar açılır və region liderləri bunu anlayırlar ki, biz bundan necə faydalana bilərik, Avropa necə faydalana bilər və bu baxımdan, əlbəttə ki, Azərbaycan üçün də bu, faydalıdır. Bu, belə də olmalıdır. Bu, Avropa üçün yaxşıdır, çünki Çinə daha yaxşı çıxış əldə olunacaq. Bu çıxış Mərkəzi Asiya vasitəsilə təmin ediləcək. Bütün bu münaqişələrin və geosiyasi çağırışların həlli asan məsələ deyil”.

Vanq Huiyao isə deyib: “Cənab Prezidentin qeyd etdiyi həmin marşruta gəldikdə düşünürəm ki, Çin hazırda Mərkəzi Asiya ölkələrinə yardım göstərir və Qafqaz vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi planlaşdırılır. Burada sırf həmin marşrut yox, həmçinin energetika sahəsində əməkdaşlıq nəzərdə tutulur. Təbii ki, bunun nəticəsində istehsal daha da inkişaf edə bilər, sərmayələr cəlb olunar. Bir sözlə, bu, yaxşı bir nümunədir. Düşünürük ki, bunun artıq dayanıqlı bir infrastrukturu mövcuddur”.

Sual: Təşəkkür edirəm. Mənim adım Stepan Safaryandır. Mən Ermənistandan gələn Münxen gənc liderlər qrupunun üzvüyəm. Cənab Prezident, sual verməzdən əvvəl qeyd edim ki, haqqında danışdığınız və bəzi narahatlıqlarınızı ifadə etdiyiniz Ermənistanın müstəqillik bəyannaməsinin müddəası effektiv deyil. Sizin administrasiyanız, təkcə administrasiyanız deyil, digər hökumətlər də Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qərarı ilə kifayət qədər yaxşı tanışdırlar. Hazırda Ermənistanda aparılan Konstitusiya dəyişikliklərinin bu iddialar və qorxularla heç bir əlaqəsi yoxdur. Lakin icazə verin, Sizə ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış təşəbbüsdən əvvəl Baydenin administrasiyası dövründə imzalanmış digər mühüm təşəbbüsü xatırladım. Söhbət “Sülh yolu kəsişməsi” təşəbbüsündən gedir və komissar tamamilə haqlıdır. TRIPP təxminən 42 kilometrdir. Lakin bu təşəbbüs – “Sülh yolu kəsişməsi” bütün təşəbbüslərin, bağlantı təşəbbüslərinin nizamlanması baxımından olduqca maraqlı bir təşəbbüsdür. İstər “İpək yolu”, istər “Bir kəmər və yol”, istər Trans-Xəzər dəhlizi, istərsə də Körfəz-Qara dəniz dəhlizi olsun. Buna görə də o, çox inklüzivdir. Gürcüstanı və regiondakı digər ölkələri əhatə edir. Bəs, Sizin bu çox mühüm məqama münasibətiniz necədir? Bu layihəni bu dinamikaya nə gətirir, xüsusən də onun Vaşinqtondakı hər iki administrasiya tərəfindən uzun müddətə, təkcə dördillik müddətə deyil, yüz il və hətta daha çox müddətə dəstəkləndiyini nəzərə alsaq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Ermənistan Konstitusiyasının hüquqi məsələsinə gəldikdə, çox təfərrüatlara varmaq istəməzdim. Amma sizin şərhiniz məni sadəcə onu deməyə məcbur etdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin Konstitusiyanızın bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir. Gəlin indi, tədbiri bitirməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var. “Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar.

x x x

Monqolustanın nümayəndəsinin 14-16 ölkənin sərhədindən keçən marşrutlarda gömrük prosedurlarının sadələşdirilməsi, tranzitin səmərəliliyini artırmaq üçün hansı real addımların atılması və bu prosesdə Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının oynaya biləcəyi fəal rolla bağlı sualına cavabında Marta Kos deyib: “Düşünürəm ki, bütün nazirlər bu istiqamətdə addım atmalıdırlar, hökumətlər işləməlidir və bütün ölkələr, o cümlədən Avropa İttifaqının 27 ölkəsi, Azərbaycan, Ermənistan, Türkiyə, Mərkəzi Asiya dövlətləri düşünməlidir ki, biz həmin maneələri aradan qaldırmaq üçün nə etməliyik? Necə çalışmalıyıq ki, bu işlər beynəlxalq səviyyədə qarşılıqlı şəkildə görülsün. Ona görə belə bir platforma olarsa, biz nəinki hökumət rəsmiləri arasında, o cümlədən biznes strukturları və təsisatlar arasında qarşılıqlı əlaqəni yarada biləcəyik. Əgər biz buna müvəffəq olsaq, işlər daha asan şəkildə gedəcək və beləliklə, biz həmin maneələri çox rahat şəkildə aradan qaldıracağıq”.

Sual: Rusiya hücumları təkcə Ukraynanın enerji infrastrukturunu hədəfə almır. Eyni zamanda, Ukraynada Azərbaycan şirkətlərinə məxsus olan enerji obyektləri hücuma məruz qalır. Beləliklə, mənim sualım belədir, Siz bu məsələni şəxsən Putin qarşısında qaldırmısınız və bu hücumları necə görürsünüz? Bu, Bakı üçün bir siqnaldırmı və ya başqa cür desək, sizin Rusiya ilə münasibətlərinizdə nə baş verir?

Prezident İlham Əliyev: Əlbəttə ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmilərimiz arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılmışdır. Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.

Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir. Mən sizin sualınızı başa düşürəm və sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb.

x x x

Moderator: Bununla da biz gəlib sona çatdıq. Düşünürəm ki, çox maraqlı panel sessiyamız oldu, çox maraqlı və güclü mesajlar verildi. İndi bütün auditoriyadan xahiş edərdim ki, iştirakçılarımızı bir daha salamlayaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib  YENİLƏNİB-2 VİDEO
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb