Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub YENİLƏNİB VİDEO

Xankəndi, 23 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

AZƏRTAC xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu və söhbət etdi.

Gənc qadın: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz bizim Vətənə, elimizə, obamıza – Kərkicahan qəsəbəsinə.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Yaşlı qadın: Xoş gəlmisən, xoş gəlmisən.

Prezident İlham Əliyev: Sağ ol, necəsiniz?

Yaşlı qadın: Sağlığın, başına dönüm.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma Vətənə.

Yaşlı qadın: Səni Allah saxlasın.

Prezident İlham Əliyev: Sağ ol.

Yaşlı qadın: Sən ki Azərbaycan millətini öz Vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: Sağ ol. İndi necə yaşayırsınız burada, rahat yaşayırsınız?

Yaşlı qadın: Rahat, qəşəng. Allah Sizə dəyməsin. Dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Sağ ol. Ev də gözəldir.

Yaşlı qadın: Gözəldir, qəşəngdir.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Yaşlı qadın: Gəncədə. Köçüb Gəncəyə getmişdik. Balaca yataqxanalar var idi.

Prezident İlham Əliyev: Yataqxanada?

Yaşlı qadın: Bəli. Biri orada, biri burada, bir-birinə qarışıq. Çox sağ olun, indi gözəl evlər vermisiniz.

Prezident İlham Əliyev: 34 ildən sonra.

Yaşlı qadın: Hə, 34 ildən sonra Kərkicahan qəsəbəsinə gəlmişik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Təbrik edirəm sizi. Xoşbəxt yaşayın. Allah cansağlığı versin, uzun ömür versin. Hər şey təmirli və yüksək səviyyədədir.

Yaşlı qadın: Sağ ol, başına dönüm.

Gənc qadın: Çox gözəl nəticədir, cənab Prezident. Elimizə, obamıza yığışdıq, şükür. Allah Sizi Prezidentlikdən əskik eləməsin. Həmişə var olun. Kərkicahan qəsəbəsinə də xoş gəlmisiniz. Evimizin ilk qonağı Siz oldunuz, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, bir daha təbrik edirəm sizi. Rahat yaşayın doğma torpaqda.

Yaşlı qadın: Allah Sizin canınızı sağ eləsin, Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qadın: Fürsətdən istifadə edərək Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm.

Prezident İlham Əliyev: Sizi də təbrik edirəm. Bala neçə aylıqdır?

Gənc qadın: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? Maşallah.

Gənc qadın: Kərkicahana ilk köçənin balası.

Prezident İlham Əliyev: Gəncədə doğulub?

Gənc qadın: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Gənc qadın: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub YENİLƏNİB  VİDEO

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

Serbiyalı tanınmış futbolçu Duşan Vlahoviç "Beşiktaş"a keçib

Almaniyada milyonlarla insan Günəş tutulmasını izləyib

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“EkoSfera” Xəzərin ictimai müşahidəsi üçün yeni inklüziv metodologiya hazırlayıb

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir

Bakıda avtobusda yanğın baş verib

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir ŞƏRH

UNEP rəsmisi: Xəzərin dayazlaşmasının nəticələrinə qarşı böyük layihə hazırlanır

Şəkidə 12 komanda intellektual bilik yarışında mübarizə aparıb

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Xəzər dənizinin monitorinqi üçün yeni inklüziv layihəyə başlanılıb

Direktor: Gənclərin ideyalarını layihəyə çevirmələrinə dəstək göstərəcəyik

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib

Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub

"Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb

“Sabah” klubu azarkeş insidenti ilə bağlı bəyanat yayıb

Zelenski: Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin 26 kəndi Ukraynanın nəzarətinə qaytarılıb

Bu saata olan əsas xəbərlər

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir

Almaniya hökuməti kəşfiyyat xidmətlərinin səlahiyyətlərini genişləndirən qanun layihəsini təsdiqləyib

FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir

Rusiyalıların payız səyahətlərində Azərbaycan ilk beşlikdə

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

“DOST Müfəttiş” layihəsi işəgötürənlərə necə dəstək göstərir?

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb

Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri mükafatlandırılıb

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH

Ukrayna millisinin futbolçusu zədəsini sağaldıb, “Qarabağ”a qarşı oynaya bilər

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə

Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır ŞƏRH

Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəliblər

Taksi sürücüsü olmaq istəyənlər üçün sentyabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan edilir

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər saxlanıldı

Azərbaycanda oynayan israilli futbolçu: “Sabah” – “Hapoel” matçında şanslar bərabərdir

Sevinc Əliyeva: Gənc nəslin dil vərdişlərinin formalaşmasında mütaliə mühüm amildir

® DSX işçilərinə - Xüsusi təklif

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Çexiyada ekstremal quraqlıq məhsul itkisi təhlükəsi yaradır

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir ŞƏRH

Bundesverin obyektləri yaxınlığında yüzlərlə dron uçuşu qeydə alınıb

“Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın bu il üzrə seçim mərhələsi yekunlaşıb

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Koxlear implantlı uşaqların adaptasiyasına dəstək göstərilib, valideynlər maarifləndirilib

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

“Neftçi” iki basketbolçu ilə müqaviləni yeniləyib

Luka Arbau: Avropa orta dünya göstəricisindən daha sürətlə istiləşir

“Şəfa” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

® “Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatıb!

Şahin Diniyev: “Hapoel” Serbiya nəhəngini məğlub edibsə, bu komandadan çəkinməyə dəyər

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər - ŞƏRH

Türkiyə millisinin hücumçusu İspaniyaya qayıdır

Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir - ŞƏRH

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər ŞƏRH

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

Ekspert: “Deepfake” risklərinin qarşısını almaq üçün rəqəmsal savadlılıq artırılmalıdır

Azərbaycanın sumo millisi Yaponiyada hazırlıq keçib

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

Memar: Möminə xatun türbəsində aparılan bərpa işlərində əsas prinsip abidənin orijinallığının qorunmasıdır

Gələn il qlobal neft tələbatının gündəlik 105,7 milyon barel olacağı gözlənilir

Brüsseldə Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar yekunlaşıb

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

Ötən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,75 milyon barelə çatıb

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq VİDEO

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq VİDEO

Aysel Hüseynova: Möminə xatun türbəsi orta əsr Şərq memarlığının nadir sənət nümunəsidir

“Mançester Siti” argentinalı qapıçını transfer edib

Zelenski hərbçi soydaşlarımızı təltif edib

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır VİDEO

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır VİDEO

İyulda qlobal neft tədarükü sutkada 101,5 milyon barelə yüksəlib

Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf VİDEO

Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf VİDEO