Prezident İlham Əliyev: Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik
Bakı, 6 yanvar, AZƏRTAC
Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında – red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [23:32]
Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb
- 10.05.2026 [23:19]
WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub
- 10.05.2026 [23:03]
Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub
- 10.05.2026 [22:07]
Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 10.05.2026 [17:53]
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib
- 10.05.2026 [16:03]