Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı İcmanın qarşısında vəzifələr qoyub
Bakı, 15 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında icma nümayəndələri ilə görüşü, çıxışı çox vacib idi. Dövlətimizin başçısı 200 il əvvəl doğma yurdlarından qovulan azərbaycanlıların öz torpaqlarına köçürülməsi üçün İcmanın qarşısına məqsəd qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O qeyd edib ki, azərbaycanlılar zaman-zaman öz yurdlarından qovulub. Ona görə bütün azərbaycanlılar öz yurdlarına qayıtmalıdır. Bu işdə bizə dünya ictimaiyyəti də yardım etməlidir.
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də bu işə dəstək göstərilir. Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan edib”, - deyə Əziz Ələkbərli vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]