SİYASƏT
Prezident İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu təbrik edib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu doğum günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin İmperator Naruhitoya ünvanladığı məktubda deyilir: “Yaponiyanın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.
Azərbaycan Prezidenti İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Xatırladaq ki, Yaponiya İmperatoru Naruhitonun 63 yaşı tamam olur. O, 2019-cu il mayın 1-də taxta çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [20:31]
TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək
- 03.06.2024 [20:20]
Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub
- 03.06.2024 [19:22]
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib
- 03.06.2024 [19:11]
Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub
- 03.06.2024 [18:26]
İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb
- 03.06.2024 [16:35]