Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident mükafatçısı: Motivasiya olunan könüllülər uğurlu layihənin əsas sütunudur - MÜSAHİBƏ

Bakı, 19 mart, Təhminə Verdiyeva, AZƏRTAC

Böyük tədbirlərin arxasında görünməyən, lakin onların uğurunda mühüm rol oynayan bir qüvvə var – könüllülər. COP29 kimi beynəlxalq miqyaslı bir tədbirdə isə bu qüvvəni bir araya gətirmək, yönləndirmək və motivasiya etmək olduqca çətin və məsuliyyətli bir işdir. Minlərlə insanın arasından ən uyğunlarını seçmək, onların bacarıqlarını üzə çıxarmaq və tədbir boyunca ahəngdar işləmələrini təmin etmək – bu, təkcə idarəetmə deyil, həm də incəsənətdir. Gənc bir lider kimi bu prosesin içində olmaq, qarşıya çıxan maneələri aşmaq və hər bir könüllünün tədbirə verdiyi töhfəni hiss etdiyini görmək isə unudulmaz bir təcrübə idi”, - deyə fikirlərini AZƏRTAC-la bölüşən gənc Prezident mükafatçısı Jalə Muradovanın maraqlı müsahibəsini təqdim edirik.

-COP29 konfransı çərçivəsində könüllülərlə iş üzrə baş menecer kimi qarşınıza çıxan ən böyük çətinlik nə oldu və bu çətinliyin öhdəsindən necə gəldiniz?

-COP29 miqyasına və əhəmiyyətinə görə Azərbaycanın ev sahibliyi etdiyi ən böyük tədbirlərdən biri idi. Könüllülər üçün qeydiyyatı açıq elan etdikdə 16 min nəfər qeydiyyatdan keçmişdi. Bu, ölkə üçün rekord say idi. Əsas çətinliklərdən biri də 16 min nəfərin arasından tədbirdə iştirak edə biləcək könüllüləri seçmək idi. Komandamızla birlikdə aylarla davam edən çoxmərhələli seçim prosesi həyata keçirdik. Sonda 3 min nəfər seçildi. Tədbir müddətində onların koordinasiyasının daha asan olmasının əsas səbəbi də seçim prosesinin nə qədər uğurlu olduğunu göstərirdi. Digər çətinlik isə könüllülərin müxtəlif bacarıq səviyyələrinə uyğun vəzifələrə təyin edilməsi və motivasiyalarının yüksək tutulması idi. Hər bir könüllünün güclü tərəflərini nəzərə alaraq onları ən uyğun sahələrə yönləndirdik. Bundan əlavə, davamlı ünsiyyət, təşəkkür mesajları və kiçik mükafatlandırma sistemləri ilə motivasiyanı yüksək tutmağa çalışdıq. Komandamızın problemlərin həllində çevik olmaq və sürətli qərarvermə bacarığı bu prosesdə ən vacib faktor oldu.

-Belə bir tədbirin idarə olunmasında iştirakınız sizə hansı yeni bacarıqlar qazandırdı və bu təcrübələr gələcək karyeranıza necə təsir etdi?

-Bu, mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından böyük bir təcrübə oldu. Müxtəlif ölkələrdən olan tərəfdaşlarla ünsiyyət qurmaq və fərqli iş üslublarına uyğunlaşmaq liderlik və kommunikasiya bacarıqlarımı daha da gücləndirdi. Fərqli yanaşmaları bir araya gətirmək və beynəlxalq əməkdaşlıq qurmaq qabiliyyətim inkişaf etdi. Bundan əlavə, böyük tədbirlərdə gözlənilməz problemlər qaçılmazdır. Bəzən hadisələr planlaşdırıldığı kimi getmir və sürətli həll yolları tapmaq lazım gəlir. Böyükmiqyaslı tədbirlərdə işləmək mənə çevik və effektiv qərarvermə bacarığını qazandırdı. Bu təcrübə mənim gələcək karyeram üçün əvəzsizdir, çünki beynəlxalq tədbirlərin idarə olunması sahəsində qazandığım biliklər və bacarıqlar, gələcəkdə istər böyük korporativ layihələrdə, istərsə də sosial innovasiya sahəsində uğurlu olmağım üçün güclü zəmin yaradır. Uzunmüddətli perspektivdə isə əldə etdiyim təcrübələri daha genişmiqyaslı layihələrdə tətbiq edərək qlobal təsirə malik işlər görməyi planlaşdırıram.

- “Regional İnkişaf” İctimai Birliyində və Dubay Ekspo 2020-də təcrübə qazanmısınız. Bu iki platformadan nə öyrəndiniz?

-İctimai Birlikdəki fəaliyyətim mənə sosial layihələrin effektiv həyata keçirilməsi üçün vacib olan əsas bacarıqları qazandırdı. Layihələrin davamlılığını təmin etmək, dövlət və özəl sektorla əməkdaşlıq qurmaq kimi sahələrdə dərin biliklər əldə etdim. Burada Bakıda və regionlarda yaşayan insanların sosial rifahını yaxşılaşdırmaq, onların təhsil, ekoloji və iqtisadi inkişafına töhfə vermək məqsədilə müxtəlif layihələrin hazırlanması və icrası ilə məşğul oluruq. Xüsusilə könüllülərlə iş və onların şəxsi inkişafının təmin olunması, müxtəlif yaş qruplarından olan insanlarla sosial fəaliyyətlərin təşkili, maarifləndirmə kampaniyaları həyata keçiririk. Bu fəaliyyətlər zamanı qazandığım ən önəmli təcrübələrdən biri düzgün ehtiyac analizinin aparılması və uzunmüddətli əlaqələrin qurulmasının sosial layihələrin uğurunu müəyyən etməsidir. Müxtəlif qurumlarla əməkdaşlıq etmək, könüllü resurslarını düzgün yönləndirmək və sosial təsiri ölçmək üçün effektiv monitorinq mexanizmləri hazırlamaq kimi bacarıqlarımı inkişaf etdirdim. Düşünürəm ki, bu bacarıqlar layihənin effektiv idarə olunmasını təmin etmək üçün vacibdir. 197 ölkənin iştirak etdiyi Dubay Ekspo 2020-də isə Azərbaycan pavilyonunda fəaliyyət göstərirdim. Tədbir indiyə qədər keçirilən ekspolar arasında ən böyüyü idi və çox yüksək səviyyədə təşkil olunmuşdu. Hər gün on minlərlə ziyarətçi qəbul edən milli pavilyonda 6 ay ərzində qonaqlara ölkəmizin zəngin tarixi, milli dəyərləri, biomüxtəlifliyi, mətbəxi, Azərbaycanın inkişafı sahəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermişəm. Pavilyonu ziyarət edənlər arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri də olurdu ki, onları Azərbaycan pavilyonunun fəaliyyəti barədə məlumatlandırırdıq. Bu müddət ərzində beynəlxalq tədbirlərin idarə olunması, qlobal auditoriya ilə effektiv ünsiyyət qurmaq və protokol qaydalarına uyğun rəsmi nümayəndələri qarşılamaq sahəsində dəyərli təcrübə qazandım. Mədəniyyətlərarası kommunikasiyanı inkişaf etdirmək, fərqli ölkələrdən olan insanlara Azərbaycanın potensialını doğru şəkildə təqdim etmək mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyətli oldu.

-Gənc lider və menecer olaraq könüllülərin motivasiyası üçün hansı əsas strategiyalardan istifadə edirsiniz?

- İlk növbədə, bunun üçün onların fəaliyyətə verdiyi töhfənin əhəmiyyətini vurğulamaq və onları ilhamlandırmaq vacibdir. Hər zaman hər bir könüllünün özünü komandanın dəyərli üzvü kimi hiss etməsi üçün açıq kommunikasiya mühiti yaradaraq onların fikirlərini dinləməyə və təşəbbüslərini dəstəkləməyə çalışırıq. Könüllülər yalnız hansısa tapşırığı yerinə yetirən şəxslər deyil, onlar prosesin əsas hərəkətverici qüvvəsidir. Bunu onlara hər addımda xatırladırıq. Onların maraq dairələrini və bacarıqlarını nəzərə alaraq uyğun vəzifələrə yönləndirmək fəaliyyətlərini mənalı və faydalı etmək üçün əsas amillərdən biridir. Bu, eyni zamanda, onların potensialını inkişaf etdirməyə və gələcək karyeralarına töhfə verməyə imkan yaradır. Mükafatlandırma da motivasiya üçün mühüm rol oynayır. Həm rəsmi şəkildə sertifikatlar, təşəkkürnamələr və tövsiyələr vermək, həm də müxtəlif kiçik hədiyyələr, tədbirlər və sosial görüşlərlə onların zəhmətini qiymətləndirmək əhəmiyyətlidir. Könüllülərin gördüyü işlərin nəticələrini onlara göstərmək və bu işlərin daha geniş təsirə malik olduğunu anlamaqlarına şərait yaratmaq motivasiyanı artırır. Eyni zamanda, komandada dostluq və pozitiv atmosferin olması, həm işin keyfiyyətini yüksəldir, həm də könüllülərin daha həvəslə fəaliyyət göstərməsinə səbəb olur. Onlara təkcə bir layihənin iştirakçıları kimi deyil, uzunmüddətli komandanın bir hissəsi kimi yanaşmaq lazımdır. Bütün bu yanaşmalar sayəsində könüllülərin motivasiyasını qorumaqla yanaşı, onların şəxsi və peşəkar inkişafına dəstək olmaq və gördükləri işlərdən məmnun qalmalarını təmin etmək mümkün olur.

-Layihələrin idarə edilməsi sahəsində MBA təhsili almaq sizin praktiki iş fəaliyyətinizə necə təsir etdi? Bu sahədə uğurlu olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

-MBA təhsilimi elə layihələrin idarə edilməsi istiqaməti üzrə almışam. Bu təhsil mənə daha strukturlaşdırılmış yanaşma, strateji planlaşdırma və qərarvermə bacarıqlarını inkişaf etdirməyə kömək etdi. Eyni zamanda, risklərin idarə olunması, maliyyə planlaşdırması və liderlik bacarıqlarımın daha da möhkəmlənməsinə töhfə verdi. Bu sahədə uğurlu olmaq istəyən gənclərə tövsiyəm: Praktiki təcrübəni nəzəri biliklərlə tamamlasınlar, çoxşaxəli layihələrdə iştirak edərək həm kommunikasiya, həm də idarəetmə bacarıqlarını inkişaf etdirsinlər və çətin vəziyyətlərdə çevik düşünməyi və sürətli qərar verməyi bacarsınlar.

-Gələcəkdə özünüzü hansı sahədə görürsünüz? Daha çox beynəlxalq tədbirlərlə məşğul olmaq istəyirsiniz, yoxsa sosial layihələr üzərində fokuslanmağı planlaşdırırsınız?

-Gələcək karyeramı həm beynəlxalq tədbirlərin idarə olunması, həm də sosial layihələrin həyata keçirilməsi sahələrində inkişaf etdirməyi planlaşdırıram. Çünki hər iki sahə bir-biri ilə sıx bağlıdır və mənim üçün həm şəxsi, həm də peşəkar baxımdan böyük əhəmiyyət kəsb edir. Beynəlxalq tədbirlərlə işləmək mənə müxtəlif ölkələrin təcrübələrini öyrənmək, genişmiqyaslı layihələrin idarə olunması prosesini dərindən mənimsəmək və qlobal əməkdaşlıqları inkişaf etdirmək imkanı yaradır. Bu sahədə fəaliyyətimi davam etdirərək böyük tədbirlərin təşkilində və idarə olunmasında daha yüksək səviyyədə iştirak etməyi hədəfləyirəm. Eyni zamanda, sosial layihələrin icrası və cəmiyyətin inkişafına töhfə vermək mənim üçün xüsusi önəm daşıyır. Daha əvvəl qazandığım təcrübə göstərir ki, sosial layihələr insanların həyatına real təsir göstərir və uzunmüddətli dəyişikliklərə səbəb olur. Bu iki sahəni bir araya gətirərək beynəlxalq tədbirlər vasitəsilə sosial və ekoloji məsələlərə diqqət çəkmək və müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində effektiv həll yolları tapmaq əsas məqsədlərimdən biridir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq