Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin müsahibəsində verdiyi mesajlar Azərbaycanın inkişafının konsepsiyası sayıla bilər - Deputat

Prezidentin müsahibəsində verdiyi mesajlar Azərbaycanın inkişafının konsepsiyası sayıla bilər -  Deputat

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycanın iqtisadi qüdrətinin mühüm göstəricilərindən biri də bölgələrin inkişafıdır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasını birbaşa diqqətdə saxlaması bu sahədə uğurları şərtləndirən başlıca amillərdən biridir. Hərbi və diplomatik müstəvidə ölkəmizin yüksəlişini təmin edən dövlət başçısı bu gün işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri, “Böyük Qayıdış” Proqramının yerinə yetirilməsi ilə yanaşı, digər bölgələrin də inkişafını daim diqqət mərkəzində saxlayır.

Dünyanın qeyri-sabit siyasi durumu, iqtisadi-sosial böhranın hökm sürdüyü halda Azərbaycanda görülən işlər, inkişaf strategiyası hər kəs tərəfindən heyrətlə qəbul olunur. Bu baxımdan Prezidentin Neftçala və Salyan rayonlarına səfəri də ölkə üzrə geniş inkişaf proqramının tərkib hissəsi idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısının səfəri zamanı açılışı edilən obyektlər həm respublika iqtisadiyyatı, həm də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısının Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı mühüm mesajlar verməsi də xüsusi diqqət çəkdi. Müsahibədə səslənən fikirlər yerli və xarici politoloqlar tərəfindən böyük maraqla qarşılandı.

Prezident ilk olaraq işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinə toxunaraq hər şeyin plana uyğun şəkildə getdiyini, işğal dövründə xarabalığa çevrilmiş yaşayış məskənlərimizdə müharibədən dərhal sonra sürətli quruculuq prosesinin başlanıldığını qeyd etdi. Bunun nəticəsi olaraq iki yaşayış məntəqəmiz olan Ağalı və Talış kəndlərində hazırda keçmiş köçkünlərimiz yaşayır. Prezident diqqətə çatdırdı ki, yenidən müasir standartlara cavab verən bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında gələcək Qarabağın və Şərqi Zəngəzurun siması yeniləşən Ağalı və Talış kəndləri kimi olacaq.

Dövlətimizin başçısı keçmiş köçkünlərlə bağlı dövlətimizin planlarını şərh edərək ilin sonuna qədər nəzərdə tutulduğundan da artıq - 700-dən çox ailənin Laçın şəhərində yerləşəcəyinin anonsunu verməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha nümayiş etdirdi. Prezident təkcə Laçında deyil, paralel olaraq Şuşa, Ağdam, Füzuli, Zəngilan və işğaldan azad edilmiş digər yurd yerlərimizdə də quruculuq işlərinə toxunaraq bəyan olunan bütün məqsədlərin həyatda öz əksini tapacağını növbəti dəfə bəyan etdi.

Müsahibədə sülh danışıqları ilə bağlı məsələyə aydınlıq gətirən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan tərəfindən irəli sürülmüş sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edir. Bütün bunlardan sonra sülh müqaviləsi imzalana bilər və düşünürük ki, Ermənistan ölkəmizin yanaşması ilə razıdır.

Prezident Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu, lakin separatçıların buna maneə törətdiyini diqqətə çatdırmaqla, bir neçə gün bundan əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində nifrət və düşmənçiliyin davamı olaraq dövlət bayrağımızın yandırılmasına da sərt münasibət bildirdi. Qeyd olundu ki, Ermənistan rəhbərliyinin gözü qarşısında belə rəzil hadisənin baş verməsi və buna reaksiya göstərilməməsi onun sübutdur ki, bu çirkin əməlin müəllifi məhz rəsmi İrəvandır. Prezident qətiyyətlə bildirdi ki, bu gün Azərbaycan bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda, yüzlərlə işğaldan azad olunmuş kəndlərimizdə, Zəngəzurda dalğalanır. Azərbaycan lideri həmin yerlərdə onlar bayrağımıza nəinki yaxınlaşa bilmir, hətta uzaqdan baxmağa da cəsarətləri yoxdur bəyanatı ilə düşmən ölkəyə yerini göstərməklə yanaşı, bizə azərbaycanlı olmağın xoşbəxtliyini, qürurunu yaşatdı.

Rəşad Mahmudov sonda qeyd edib ki, Azərbaycan Prezidentinin müsahibəsində verdiyi mesajlar tam mənada ölkəmizin gücünün və gələcək hədəflərinin ifadəsi idi. Burda səslənən fikirlər Azərbaycanın geosiyasi maraqlarını açıq şəkildə ortaya qoymaqla, həm də beynəlxalq ictimaiyyətə dövlətimizin siyasi və iqtisadi strategiyasını bəyan etmiş oldu. Bütün məsələlərdə beynəlxalq hüququn normalarını və suveren hüquqlarımızı əsas götürən dövlətimizin başçısı qarşıya qoyulmuş məsələlərdən imtina edilməyəcəyi ilə bağlı qətiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyev regionun lider dövləti olaraq Azərbaycan Respublikasının milli maraqlarını qorumaq və hər kəsin bu maraqlarla hesablaşmaq məcburiyyətində olduğunu qəti şəkildə bildirmiş oldu. Bir sözlə, dövlətimizin başçısının verdiyi mesajlar hər şeydən öncə Azərbaycanın inkişafının və qüdrətinin tam mənada konsepsiyası sayıla bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər