Professor Əli Zalov: Vətəndaşlar səsvermədə fəal iştirak edirlər
Bakı, 1 sentyabr, AZƏRTAC
Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi, seçici fəallığının artırılması üçün bütün imkanlar yaradılıb. Ölkəmizdə keçirilən seçkilər şəffaflığına görə, dünyaya nümunə göstərilə biləcək seçkilərdəndir. Son illərdə seçkilərin şəffaflığının təmin olunması istiqamətində atılan addımlar da bunu təsdiqləyir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Əli Zalov söyləyib. 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 43 saylı seçki məntəqəsində səs verməyə gəlmiş professor deyib: “Seçki prosesində rəngsiz mürəkkəblərdən istifadə olunması, seçki məntəqələrinin veb-kameralarla təchiz edilməsi buna sübutdur. Bütün bunlar ölkəmizdə demokratik prinsiplərin daha da inkişaf etdirilməsinə yönəldilib. Seçkilərdə namizədlər arasında açıq və sivil mübarizənin aparılması vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verir. Əhali həmişə olduğu kimi bu seçkilərdə də fəal iştirak edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]