Psixotrop maddələr siyahısına aid olan dərman preparatlarının qanunsuz satışının qarşısı alınmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində yaşayan Qabil Qasımova məxsus aptekdə psixotrop maddələr siyahısına aid olan dərman preparatlarını qanunsuz satışı müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aptekə baxış zamanı psixotrop maddələr qrupuna aid “Klonozepam”, “Diazepam”, “Fenobarbital”, “Opidol”, “Fenozepam”, “Gluferal”, “Belotaminal”, “Tramadol”, eləcə də vərəm əleyhinə 1-ci qrup dərman pereparatlarına aid olan, dövriyyəsi qadağan edilmiş “Rifamipsin”, “İzoneazit”, “Pirazinamid”, İran İslam Respublikasından gətirilmiş, mənşəyi məlum olmayan “Dimendiront”, “Preqabalin”, “Baclofen”, “Modektin”, “Kaliya-Permanqanat” və “Lyuminal” dərman preparatları aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]