QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN MƏNZİL PROBLEMİ HƏLL EDİLİR
AZƏRTAC xəbər verir ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdarmaq məqsədi ilə yeni yaşayış məntəqələrinin inşası davam etdirilir.
Tikintisi cari il üçün nəzərdə tutulmuş Beyləqan rayonu ərazisində Xocavənddən məcburi köçkün düşmüş 50 ailəlik qəsəbə tam hazırdır. Goranboy rayonunda isə Xocalı sakinləri üçün 500 evlik qəsəbənin inşası başa çatmaqdadır.
Ümumiyyətlə, son beş ildə 17 min mənzildən ibarət 56 qəsəbə salınmış, 70-80 minə yaxın qaçqın və məcburi köçkünün mənzil problemi həllini tapmışdır.