QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATININ 4-CÜ TURU BAŞA ÇATMIŞDIR
Bakı, 12 mart (AZƏRTAC). Sankt-Peterburqda qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Dördüncü turda Türkan Məmmədyarova rusiyalı Mariya Rojkonu məğlubiyyətə uğratmışdır. Gülnar Məmmədova isə digər rusiyalı şahmatçı Anna Styajkinaya qalib gəlmişdir. Nərgiz Umudova İrina Vasilyevaya, Xəyalə Abdulla isə Valentina Solovyovaya (hər ikisi Rusiya şahmatçısı) məğlub olmuşlar. Nərmin Kazımova ilə rusiyalı Olqa Styajkinanın görüşü heç-heçə başa çatmışdır.
4 turun nəticəsinə görə Gülnar Məmmədova 2,5 xal, Xəyalə Abdulla, Nərgiz Umudova, Nərmin Kazımova və Türkan Məmmədyarova isə hərəyə 2 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]