Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAHİRƏDƏ XOCALI QƏTLİAMININ 18-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ELMİ SİMPOZİUM KEÇİRİLMİŞDİR

Qahirə, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin və Misirin Ayn Şəms Universiteti Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı və dövlət terrorunun günahlandırılması” adlı elmi simpozium keçirilmişdir.

Tədbirdə Qahirədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Misirdə yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan həmyerlilərimiz, Misirin Ayn Şəms, Zaqaziq universitetləri və Asiya Tədqiqatları İnstitutunun professor-müəllim heyəti, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə “Xocalıya ədalət!” adlı rep üslublu mahnının klipi nümayiş etdirilmiş, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillər və faciə ilə bağlı “Xocalı uşaqların gözü ilə” adlı uşaq rəsmlərindən ibarət fotostendlər, kitab, disk və broşürlər təqdim olunmuşdur.

Tədbiri səfir Faiq Bağırov açmış, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra iştirakçılar Xocalı hadisələrindən bəhs edən “Məhv edilmiş şəhər” adlı sənədli filmə baxmışlar.

Mərkəzin direktoru, professor Camal Şaqra çıxış edərək, simpoziumun keçirilməsinin səbəb və məqsədlərini açıqlamış, Xocalı hadisələri haqqında iştirakçılara geniş məlumat vermişdir.

Sonra səfirliyin ikinci katibi E.Şahhüseynov çıxış edərək, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının internet səhifəsi - www.JusticeforKhojaly.org saytındakı slaydların təqdimatını keçirmişdir.

Misirin Asiya Tədqiqatları İnstitutunun təsisçisi, professor Rafət Əl-Şeyx məruzəsində faciənin tarixi, səbəb və nəticələri barədə danışmış, soyqırımı mövzusunu müxtəlif aspektlərdən təhlil etmişdir. Qocaman tədqiqatçı alim Xocalı hadisələrinin şahidlərinin dilindən və habelə soyqırımı ilə bağlı həmin günlərdə beynəlxalq mətbuatda yazılarından insanı sarsıdan, baş vermiş faciəni bütün dəhşəti ilə göz önündə canlandıran sitatlar gətirmişdir.

Universitetinin professoru, mərkəzin üzvü, görkəmli türkoloq Safsafi Əl-Quturi məruzəsində Azərbaycan xalqının qədim dövrlərdən bəri bu torpaqlarda yaşadığını, bu ərazilərdə bir çox Azərbaycan dövlətlərinin qurulduğunu qeyd edərək, bütün dünyaya səs salmış Səfəvilər dövlətinin sırf Azərbaycan dövləti olduğunu bəyan etmişdir. Türkoloq alim bölgədə süni şəkildə yerləşdirilmiş ermənilərin azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddialarının tamamilə əsassız olduğunu tarixi faktlarla sübut etmişdir.

İSESKO-nun Avropa üzrə baş əlaqələndiricisi doktor Salah Al-Caafaravi çıxış edərək, Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və beynəlxalq səviyyədə tanınması istiqamətində İKT və İSESKO tərəfindən görülən məqsədyönlü fəaliyyətdən və əldə olunmuş nəticələrdən bəhs etmişdir.

Zaqaziq Universitetinin professoru Məhəmməd Rifat Əl-İmam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məruzə etmiş, ermənilərin Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinin işğalında Xocalı faciəsinin başlanğıc rol oynadığını bildirmiş, işğal nəticəsində Azərbaycana külli miqdarda ziyan dəydiyini, 20 faizdən artıq ərazinin qəsb olunduğunu və bir milyondan artıq insanın ev-eşiklərini itirərək öz vətənlərində məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir. Misirli alim ermənilərin Xocalı qətliamını məqsədli və planlı şəkildə həyata keçirdiyini xüsusi qeyd edərək, intiqam məqsədi ilə törədilmiş bu faciənin erməni irqçilərinin sülhsevər Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır.

2009-cu ildə İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının misirli əlaqələndiricisi Məhəmməd Sələmə çıxış edərək, kampaniyanın ötən bir il ərzində fəaliyyəti və internet səhifəsi - www.JusticeforKhojaly.org haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirin sonunda əlaqələndirici tərəfindən kampaniyanın yeni müraciəti təqdim edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

ŞƏRH “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO