“Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb
Bakı, 23 iyun, AZƏRTAC
Erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və “YouTube” platformasında (https://www.youtube.com/watch?v=POBhY3mT0S8) yunan dilində “Hara gedir” adı altında yayıb.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, məsələ ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin texniki yardımı ilə O.Dəmirçyanın “Youtube” platformasında yaydığı qeyd edilən mahnı silinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]