Qanlı Yanvar şəhidlərinin nurlu xatirəsi daim qəlblərdə yaşayacaqdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Bakıdakı Tahir Hacıyev adına 252 nömrəli məktəb-liseydə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Abbasqulu Quliyev və tarix müəllimi Qəndab Həbibova şagirdlərə faciənin mahiyyəti barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilərək dinc, əliyalın əhaliyə qarşı amansız qəddarlıqlar törətmişlər. Həmin dəhşətli cinayətdə onlarla Vətən övladları azadlıq uğrunda canlarını qurban vermiş, şəhidlik zirvəsinə ucalmışlar.
Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev, hərbi jurnalist Şəmistan Əlizamanlı və başqaları 20 Yanvar faciəsi günü sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər.
Tədbirdə faciəni əks etdirən videoçarx nümayiş etdirilmiş, şagirdlərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]