Qanunsuz ov edən şəxslər saxlanılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə dekabrın 1-dən 4-dək ölkə ərazisində keçirilmiş reydlərin nəticələri açıqlanıb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Saatlı rayonunun Hacıqasımlı kənd sakini Elməddin Şirinovdan 1 ov tüfəngi və 10 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1050 manat məbləğində cərimə və iddia tətbiq olunub.
Yevlax rayonunun Meyvəli qəsəbəsi ərazisində isə qanunsuz naməlum şəxs saxlanılıb. Faktla bağlı qanuna müvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 10 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində isə Tərtər şəhər sakini Kamil Nəcəfov və Ağdam rayonunun Quzanlı kənd sakini Ramiz Əsgərov saxlanılıb. Onlardan 1 ov tüfəngi, 3 patron və 3 ədəd ovlanmış qırqovul götürülüb. Akt və protokol tərtib olunaraq təqsirkar şəxslər barəsində ümumilikdə 2066 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]