Qanunsuz ovla məşğul olanlar cərimələnmişlər
Bakı, 25 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bu ilin 9 ayı ərzində keçirilmiş reydlərin nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sututarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində çöl quşlarının, heyvanların qanunsuz ovlanması və satılması halları aşkar edilmişdir.
Qanunsuz ov edənlərlə bağlı ümumilikdə 201 akt və protokol tərtib olunmuş və brokonyerliklə məşğul olan şəxslərdən 131 ov tüfəngi müsadirə edilmişdir. Qanun pozucuları inzibati qaydada 117 min 945 manat məbləğində cərimələnmişlər.
Bundan əlavə, qanunsuz balıq ovu ilə əlaqədar daha 13 fakt aşkar edilərək, təbiətə 5 min 610 manat dəyərində ziyan dəydiyi hesablanmışdır. Aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş 11 işə müvafiq qaydada baxılmışdır. Təbiətə dəymiş 4 min 505 manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Eyni zamanda, bazarlarda, ictimai-iaşə obyektlərində və yol kənarlarında qeyri-qanuni satılan çöl quşları yığılaraq yandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]