Qanunsuz zibilxanalarla bağlı monitorinqlər davam edir
Bakı, 23 may (AZƏRTAC). Bakı şəhərinin ekoloji mühafizəsi və sanitar təmizliyi üçün qanunsuz zibilxanalarla bağlı monitorinqlər keçirilir.
“Təmiz şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaratdığı işçi qrup son bir ayda paytaxtın Qaradağ, Xətai, Səbail və Yasamal rayonlarında xeyli qeyri-qanuni tullantı sahələri aşkar etmişdir. Onların ləğv edilməsi barədə əlaqədar qurumlara xəbərdarlıq olunmuşdur. Nizami rayonunda aşkar edilən bir qeyri-qanuni zibilxana ərazisi qısa müddətdə təmizlənmişdir.
İndiyədək Bakı şəhərinin müxtəlif rayonlarında qeydə alınmış qeyri-qanuni zibilxanalardan 20-si təmizlənmiş, 50 min kubmetrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınmışdır.
Qanunsuz zibilxanalarla bağlı monitorinqlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]