“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Bakı, 11 iyul, AZƏRTAC
Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümündə mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi turnirin birinci təsnifat mərhələsinin ilk oyunun Cəbəllütariqdə “Linkoln” komandası ilə qarşılaşacaq.
Oyun latviyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FIFA referisi Vitali Spasennikov olacaq. Ona həmyerliləri Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieks olacaqlar.
“Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]