QARABAĞ MÖVZUSUNDA MÜZAKİRƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbəti müzakirə Qarabağ mövzusu ətrafında aparılmışdır. Tədbirdə Milli Məclisin deputatları, müstəqil politoloqlar, ekspertlər, siyasi partiyaların və QHT-lərin nümayəndələri iştirak etmişlər. İştirakçılar ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atəşkəsin əldə edilməsini Azərbaycan üçün vacib olan ciddi bir fakt kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin problemin həllini birmənalı şəkildə ərazi bütövlüyümüzün toxunulmazlığı çərçivəsində görməsi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir və bu istiqamətdə aparılan siyasət öz nəticəsini verəcəkdir.