REGİONLAR
Qarabağ müharibəsi veteranı: Ermənilər yenə də öz xislətlərini göstərdilər
İsmayıllı, 13 oktyabr, AZƏRTAC
Ermənilər yenə də özlərinə xas olan xislətlərini göstərdilər. Humanitar atəşkəs razılaşması ilə onlara son şans verildi. Lakin birinci Qarabağ müharibəsində olduğu kimi, onlar yenə də bundan məkrli niyyətləri üçün istifadə etdilər, atəşkəsi pozdular, gecəyarı, insanların yuxuda olduqları bir vaxtda Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə ballistik raket zərbəsi endirdilər. Özü də şəhərin insanların sıx yaşadıqları məhəlləyə. Dinc insanlar - uşaqlar, qadınlar, qocalar öldürüldü və yaralandı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İsmayıllı rayonunun Macatı kəndindən olan birinci Qarabağ müharibəsi veteranı Elman Məmmədov söyləyib.
Vaxtilə iki qardaşı ilə Qarabağda torpaqlarımızın azadlığı uğrunda döyüşən E.Məmmədov deyib: “Bu gün torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşlərdə 2 oğlum da iştirak edir. Bununla qürur duyuram. Əminəm ki, əsgərlərimiz torpaqlarımızı tezliklə işğaldan azad edəcək. İşğal olunan şəhər, qəsəbə və kəndlərimizdə tezliklə üçrəngli bayrağımız dalğalanacaq”.