Bakı, 18 mart, AZƏRTAC
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, proqramda universitetin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub.