“Qarabağ” və “Çelsi” komandalarının start heyətləri açıqlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Çelsi” oyunu üçün komandaların start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.
London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Azar, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxacaqlar.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb - (0:0, 1:1).
Hesabında 8 xal olan “Roma” qrupda birinci pillədə qərarlaşıb. “Çelsi” 7 xalla ikinci, “Atletiko Madrid” 3 xalla üçüncü, hesabında 2 xalı olan “Qarabağ” isə sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]