“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
Bakı, 18 fevral, AZƏRTAC
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 5 mövqe üzrə 20 futbolçunun daxil olduğu siyahıda “Qarabağ”ın oyunçuları da yer alıblar.
Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya məxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub.
Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92 kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87 kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran (33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, CIES-in hesabatı futbolçuların oyun zamanı çatdığı maksimal sürət və qaçış göstəriciləri əsasında hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]