“Qarabağ”ın prezidenti Cəbəllütariqdə komandanı ziyarət edib
Bakı, 11 iyul, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözel Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətindən məlumat verilib.
Klub prezidenti baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb.
Tahir Gözel hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln” ilə qarşılaşmalarda komandaya uğurlar diləyib.
Bu gün "Viktoriya" stadionunda oynanılacaq “Linkoln” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.