“Qarabağ”ın rəqibi Polşa millisinin üzvünü heyətinə qatıb
Bakı, 17 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Kamil Pyatkovski Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb.
2021-ci ildən Polşa millisinə çağırılan mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında “Gent”in formasını geyinəcək.
Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]