Qaradağda inzibati binada yanğın olub, 50 nəfər təxliyə edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı şəhərinin Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]