Azərbaycan Dövlət İnformasiya Agentliyi

QARDAŞIM, DOSTUM PREZİDENT HEYDƏR ƏLİYEV

TÜRKIYƏNIN NÜFUZLU “HÜRRIYYƏT” QƏZETININ 24 DEKABR TARIXLI NÖMRƏSINDƏ ÖLKƏNIN 9-CU PREZIDENTI SÜLEYMAN DƏMIRƏLIN AZƏRBAYCAN XALQININ ÜMUMMILLI LIDERI HEYDƏR ƏLIYEV HAQQINDA MƏQALƏSI DƏRC OLUNMUŞDUR. AZƏRTAC HƏMIN MƏQALƏNI OXUCULARA TƏQDIM EDIR.

TARİXƏ MƏKTUB

QARDAŞIM, DOSTUM PREZİDENT HEYDƏR ƏLİYEV

“Azərbaycan, Azərbaycan

Alqışladıq səni candan

Hilal birkən, iki oldu

Salam bizdən ikinciyə!...”

Qızıl Orda xanlığının XV əsrdə Teymur tərəfindən yıxılmasından sonra Rusiya çarlığı inkişaf edərək, zamanla böyüyərək imperatorluğa çevrilməyi bacardı. Rusiyanın Qara dənizə, Qafqaza və Balkanlara doğru genişlənməsində ən böyük əngəl Osmanlı İmperatorluğu idi. Dünyanın bu bölgəsində tarixə yön verən bu iki dövlət olmuşdur. 200 il ərzində 13 dəfə müharibə olmuşdur. Zaman keçdikcə Rusiya çarlığı Qafqaza girmiş və işğala başlamışdır. 1828-ci ildə Azərbaycan Rusiya və İran arasında bölünmüşdür. Birinci Dünya müharibəsinin sonunda Rusiyada böyük inqilab olmuş və çarlıq yıxılmışdır, onu Lenin-Stalin rəhbərliyi əvəz etmişdir. 104 millətdən ibarət olan “kommunist rejimi” artıq “Sovet imperiyası” idi. “Çar Rusiyasından” “Sovetlərə” keçiddə, 1918-ci il mayın 28-də “milli Azərbaycan Cümhuriyyəti” elan edilmişdir. Bu, yalnız iki il davam etmişdir. 1920-ci ildə Azərbaycan sovetlərin hakimiyyəti altına keçmişdir. Bu tarixdən 1989-cu ilə qədər 69 il keçəcəkdir. Həmin tarixdə Sovet imperiyası dağılmağa başlamışdır. Bu, bəşər tarixində öz-özünə dağılan ilk imperiyadır. 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi təsdiqlənmişdir.

ONLARA DEDİM Kİ...

Bu, Azərbaycan xalqı üçün, Türkiyə üçün və bütün türkdilli xalqlar üçün çox sevindirici bir hadisə idi. Türkiyə Azərbaycanı ilk tanıyan ölkədir. Türkiyə Respublikasının Baş naziri kimi 1992-ci ildə Azərbaycanın müstəqilliyinin elan edilməsindən dərhal sonra Bakıya getdim. Təkcə Azərbaycanı yox, müstəqilliyinə qovuşan Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanı da ziyarət etdim. Azərbaycan parlamentində çıxış etdim və bunları dedim: “Əgər Azərbaycan ayaq üstə durarsa, sülh şəraitində yaşamağı bacararsa və öz milli dövlətini qurar, işlədər və inkişaf etməyə davam edərsə, dünya ilə əlaqələr yaradarsa, Türkiyə olaraq bundan məmnun olarıq”.

BU BAYRAQ ENMƏSİN

Çünki yüksələn bayraq bu dəfə enməməli idi. Türk dünyası Çin səddindən Adriatik dənizinə qədər 11 milyon kvadrat-kilometr əraziyə yayılmış, eyni kökdən gələn bir çox xalqı əhatə edir. “Divani-lüğət-it türk”də deyilir ki, “türklər, əslində, 20 boydur. Ad olaraq türk adını ulu Tanrı vermişdir”. Bu ulu çinar və budaqları Türk dünyasıdır. Çin, slavyan, fars, ərəb və Qərb təsirləri altında qalmış olan bu dünya özünü qoruya bilmiş və ətrafına da təsir etmişdir. Müxtəlif vaxtlarda dövlətlər qurmuş və hökmran olmuşdur. Heç enməyən bayraq Anadolu türklərinin qurduğu dövlətin bayrağı idi. Bu bayraq uzun müddət Türk dünyasını təmsil edən yeganə bayraqdır. 1990-cı illərin əvvəlindən artıq bu dünya 7 bayraqla təmsil edilməkdədir.

BÖYÜK ATA DEYİR Kİ...

Böyük Atatürk deyəcəkdir: “Bu gün Sovetlər Birliyi dostumuzdur. Bu dostluğa ehtiyacımız vardır. Fəqət, sabah nə olacağını heç kim bu gündən təxmin edə bilməz. Eynilə Osmanlı kimi, eynilə Avstriya-Macarıstan kimi parçalana bilər, bölünə bilər. Dünya yeni bir düzənə çata bilər”. Böyük dahinin qabaqgörənliyi gerçəkləşmiş, sovet imperiyası dağılmışdır. Türk dünyası xəyalına qovuşmuş, müstəqil cümhuriyyətlər yaranmışdır. Azərbaycan bunlardan birisidir. Yenə Böyük Atatürk deyəcəkdir: “Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir”. Azərbaycanın sevinci Türkiyənin sevinci idi. Azərbaycan Cümhuriyyəti yenidən yaranacaqdı. Yeni bir dövlət, marksist-kommunist idarəçiliyi və iqtisadi sistemindən demokratik və azad təşəbbüsə əsaslanan azad və müstəqil bir dövlət!

BÖYÜK İŞLƏR GÖRDÜ

Hörmətli Heydər Əliyev 1923-cü ildə Naxçıvanda doğulmuş, 1969-cu illə 1982-ci il arasında Azərbaycana xidmət etmişdir. 1967-ci ildə Türkiyənin Baş naziri olaraq Sovetlər Birliyinə səfərim zamanı Bakıya da getdim. Bakıda çox böyük hərarətlə qarşılandım. Həmin tarixdən bəri hörmətli Heydər Əliyevlə tanış olmuşuq. Sovet rəhbərliyində yüksək vəzifəyə çatmış, Azərbaycan xalqının çox yaxından tanıdığı və güvəndiyi dəyərli bir dövlət adamı idi.

-Əvvəlcə, daxili sabitlik təmin edilməli idi. Ən qısa müddət ərzində bunu etmişdir.

-Qan tökülməsi, yəni müharibə dayandırılmalı idi. Müharibə dayandırılmışdır. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müraciət edilmişdir. Minsk qrupu təşəkkül tapmışdır.

-Ölkə daxilində islahatlara gedilməli idi. Azad rejimin və bazar iqtisadiyyatının zəruri etdiyi işlər görülməli idi. Buna başlanmışdır.

-Dünyaya açılmaq lazım idi. Azərbaycan əvvəlcə Birləşmiş Millətlər Təşkilatının, daha sonra Avropa Şurasının, ATƏT-in, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü oldu.

-NATO və Avropa İttifaqı ilə münasibətlər yaratdı.

-1996-cı ilin dekabr ayında Lissabonda ATƏT-in zirvə toplantısında təşkilatın 54 üzvündən 53-ü Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdi.

Bütün bu beynəlxalq platformalarda hörmətli Heydər Əliyev Azərbaycan xalqını, respublikasını çox böyük bacarıqla təmsil etmiş və Azərbaycanın davasını dünyaya anlatmışdır. Lissabonda əldə edilən uğur onun nəticəsi idi.

Azərbaycan yenidən inkişaf etməyə başlamalı idi. Azərbaycan xalqı Azərbaycan Respublikası ətrafında birləşməli idi. Cəmiyyətləri millət edən budur. Hörmətli Heydər Əliyev Azərbaycan xalqına yeni bir ruh, yeni bir şövq və yeni bir inam vermişdir. Qonşu ölkələrlə sülh üçün səy göstərilməli idi və tezliklə Azərbaycan iqtisadiyyatı istehsala, sərmayəyə çevrilməli, ölkə yenidən qurulmalı idi. Bunun üçün dənizə çıxışı olmayan Orta Asiya və Qafqaz yolu ilə dünyaya çıxmalı idi. Transqafqaz (İpək yolu) yolu dünyanın diqqətini cəlb etdi. Bu layihə Bakıda keçirilən toplantı ilə gündəliyə çıxdı. Ölkənin sərvətləri millətin sərvətlərinə çevrilməli idi. Dənizin altındakı və ya yerin altındakı təbii sərvətlər işlədilməyincə heç kimə faydası yoxdur. Bu sərvətlərin işlədilməsi üçün çox mühüm bir addım atılmışdır. Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamışdır! Azərbaycanın neft və təbii qaz ehtiyatları inkişaf etdiriləcək, ölkənin və xalqın inkişafına xidmət edəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri xəyal idi, gerçək oldu. Bu gün inşa edilir. Qısa vaxt ərzində Aktau-Bakı-Tbilisi-Ceyhan neft kəməri həm Tengiz bölgəsindəki Qazaxıstan neftini, həm də Azərbaycan neftini Aralıq dənizinə çatdıracaqdır. “Şahdəniz” qazı qısa zamanda Avropa üçün “enerji terminalı” olması planlaşdırılan Türkiyəyə çatdırılacaqdır. Türkiyə-Azərbaycan münasibətlərinə gələk: “Bir millətin iki dövləti” ola biləcəyinə burada gözəl bir nümunə var.

XOŞBƏXT TƏSADÜF

Türkiyə və Azərbaycan əbədi dostluq və qardaşlıq sazişləri imzalamışlar. Bu sazişlər olsa da, olmasa da, Türkiyə və Azərbaycan qardaşdır, qonşudur və dostdur. Türkiyənin Azərbaycana hər cür dəstək verməsi mənəvi məsuliyyətdir. Azərbaycan dövlətinin qurulmasından etibarən keçən illər ərzində Türkiyə əlindən gələni etmişdir və bundan sonra da edəcəkdir. Bu müddət ərzində mən Türkiyədə Baş nazir və Prezident oldum. Bunu özüm üçün çox xoşbəxt bir təsadüf hesab edirəm.

ÇİÇƏKLƏR ARASINDA XƏZƏRİ SEYR EDİR

Azərbaycanın yenidən qurulmasında, möhkəmlənməsində, güclənməsində Türkiyə və dünya ilə əlaqələr yaratmasında Heydər Əliyevin əvəzsiz, unudulmaz böyük xidmətləri vardır. O, dünya miqyaslı dövlət adamıdır. Vəsiyyəti müstəqil Azərbaycanın əbədiyyətə qədər yaşamasıdır. “Türkiyə-Azərbaycan münasibətləri əbədidir. Heç bir şey onu zədələyə bilməz” sözləri onundur.

Bakıda Fəxri xiyabanda çiçəklər arasında Xəzər dənizini seyr edir. Azərbaycan xalqı ona çox böyük vəfa və qədirbilənlik göstərmişdir. Günlərlə davam edən sevgi seli onun yeganə mükafatıdır. Ona Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına başsağlığı verirəm. Xalqımıza və Türk dünyasına başsağlığı verirəm.

MƏKTUBDAN

TÜRKÜN BÖYÜK ÖVLADI

Azərbaycan müstəqil milli dövlətinin varlığı, türk dünyası üçün, Türkiyə üçün və Azərbaycan üçün möhtəşəm bir hadisədir. Bu dövlətin yenidən qurulmasında, möhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya il əlaqələr qurmasında hörmətli Heydər Əliyevin heç bir ölçüyə sığmayan, unudulmaz, böyük xidməti vardır. Zəngin təcrübəsi, bacarığı, qətiyyəti, uzaqgörənliyi, sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz sevgisi, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı və vətənsevərliyi hər cür tərifdən yüksəkdir. Hörmətli Heydər Əliyev uzunsürən xəstəlik dövründə Klivlend klinikasında həyatla vidalaşdı. Gülhanə Hərbi Xəstəxanamız və onun dəyərli həkimləri Heydər Əliyevə çox xidmət etdilər. Onlara güvəndi. Xüsusilə dəyərli həkim-kardioloq professor Ertan Dəmirtaşa və Klivlenddə böyük həkim Murad Tuzcuya onun səhhətinə göstərdiyi diqqətə görə təşəkkür etməyi özümə borc bilirəm. Hörmətli Heydər Əliyevin əbədiyyətə qovuşması ilə türk dünyası, Azərbaycan xalqı və türk xalqı, böyük bir övladını itirmişdir. O əvəzedilməz, dünya miqyaslı böyük dövlət xatimidir. Vəsiyyəti müstəqil Azərbaycan dövlətinin sonsuza qədər yaşamasıdır.

BƏZİ LİDER LAZIM OLUR

Başlanğıcda böyük çətinliklər oldu. Ölkə rəhbərliyində münaqişə oldu. Bir çoxları rəhbərliyə iddia etdilər, mübarizə getdi. Bu əsnada da Qarabağ torpaqları erməni işğalına məruz qaldı. Təkcə Qarabağ torpaqları yox, onun xaricində də Azərbaycan rayonları işğala uğradı. 1 milyon insan qaçqın vəziyyətinə düşdü. 1993-cü ilin iyun ayında, yəni müsəqilliyin 4-cü ilində Azərbaycan vətəndaş müharibəsinin astanasına gəldi. Azərbaycan Respublikası 1920-ci ildə olduğu kimi yıxılacaqdımı, ayaqda qalacaqdımı? Bir xilaskar lazım idi. Bax, burada hörmətli Heydər Əliyev Milli Məclis tərəfindən vəzifəyə dəvət edildi. Daha sonra Azərbaycan xalqının azad iradəsi ilə Prezident seçiləcəkdir. Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətlərinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki, O, vardı! Biz belə düşündük və haqlı çıxdıq!

DƏDƏ QORQUD DEYİR Kİ...

Dədə Qorqud demişdir: “Oğul, sənin adını Azər qoydum, qoy Azərlər çoxalsın! İşimiz avand, torpaqlarımız bərəkətli olsun. Çağlayıb axan sularımız qurumasın, ümidimiz üzülməsin, qanadlarımız qırılmasın, ocağımız yanar dursun, çırağımız heç vaxt sönməsin”.

Bu dua hər zaman var olacaqdır.

Heydər Əliyevə sevgilər, ehtiramlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar