“Qarınqulu ayı balası” Tümen vilayətində
Bakı, 25 fevral, AZƏRTAC
Rusiyanın Tümen vilayətinin Novıy-Urenqoy şəhərində “Sinyaya Ptitsa (Göy Quş)” Uşaq Teatrında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin yazdığı “Qarınqulu ayı balası” (Medvejonok Karınkulu) pyesi əsasında eyniadlı tamaşa hazırlanır. Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin premyerası gələn ayın ortalarında keçiriləcək.
“Qarınqulu ayı balası” pyesi ötən il Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında, həmçinin Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəb “Kolobok” kukla teatrında da səhnələşdirilərək uşaqlara təqdim olunub.