Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir





Qax, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehri” adlı əyləncəli proqram hazırlayıb. Baharın gəlişi və məktəblilərin yaz tətilinin başlanması ilə əlaqədar martın 20-dən etibarən teatrda bayram tamaşalarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaqlara təqdim olunan Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları Cəbrayıl Quluşov, Azər Kərimov, Araz Mehrablı, İlmar Abdullayev, Aynurə Abbasova və Elnurə Əliyeva ifa edirlər.
Teatrda bayram tamaşaları martın 25-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [14:47]
Dünya səyyahları Xankəndidə FOTO
- 24.04.2025 [14:13]
Lənkəranda evə düşən ildırım yanğına səbəb olub
- 24.04.2025 [14:07]
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO VİDEO
- 24.04.2025 [12:33]
Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur - reportaj VİDEO
- 24.04.2025 [12:25]
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılır
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]
Dünya səyyahları Xankəndidə FOTO
- [14:47]