Qax meşəçiləri payız meşə əkinlərini davam etdirirlər
Qax, 18 dekabr (AZƏRTAC). Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi son illər rayonda intensiv meşə əkinlərinin aparılmasına xüsusi diqqət göstərir.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, meşəçilər 2011-ci il üçün meşə əkini planına artıqlamasilə əməl edərək dövlət meşə fonduna aid 70 hektar sahədə yeni meşəliklər salmışlar. Əkin zamanı qoz, şabalıd, akasiya, katalpa və digər qiymətli ağac növlərinə üstünlük verilmişdir. Bundan əlavə, bu il rayonda 10 hektar sahədə meşə səpini aparılmış, 340 hektar sahədə təbii bərpaya kömək tədbirləri həyata keçirilmişdir. Müəssisənin 5 hektara yaxın tinglik sahəsində 274 min ədəd əkin materialı- toxmaçar və ting yetişdirilmişdir.
Hazırda rayonda dövlət meşə fonduna aid 31 min hektara yaxın meşə sahəsi vardır.
Payız-qış mövsümünün gəlişi ilə əlaqədar idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların odun yanacağına olan tələbatını ödəmək məqsədi ilə müəssisə tərəfindən kök üstə qurumuş ağacların, tör-töküntünün hesabına 4 min kubmetrə yaxın odun ayrılaraq istifadəçilərə çatdırılması təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]