Qaxda baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb
Qax, 7 iyun, AZƏRTAC
Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicələri davam etdirilir.
Baş vermiş qəzanın təfərrüatları araşdırılır.