Qaxın fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb
Qax, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun fındıq bağlarında bir neçə gündür tezyetişən sortların yığımına başlanılıb. İlk günlər Turaclı, Marsan, Qıpçaq kəndlərinin ərazilərindəki fındıq bağlarından 55 ton məhsul tədarük olunub. Rayonda fındığın kütləvi yığımına isə avqustun ikinci yarısında başlanılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, gəlirli sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədilə son illər rayon ərazisində 3958 hektar ərazidə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 186,9 hektardır. Bu bağların 6228 hektarı barverəndir.
Sektor müdirinin sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar son vaxtlar kənd adamları fındıqçılığın inkişaf etdirilməsinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən fermerlərə bağın hər hektarına görə 250 manat subsidiya verilir.
Xatırladaq ki, 2022-ci ildə rayonun fındıq bağlarından 5 min 442 ton məhsul tədarük olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]