Qaydalara əməl etmək piyada təhlükəsizliyinin ən etibarlı qarantıdır
Bakı, 24 noyabr, AZƏRTAC
Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İdarə tərəfindən piyadaların bu istiqamətdə maarifləndirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir.
“Növbəti belə tədbir paytaxtın Yasamal rayonunda yerləşən təhsil müəssisəsinin və metro stansiyasının qarşısında təşkil olunub. Əməkdaşlar həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər”,-deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]