“Qaynar xətt”ə daxil olan müraciətlər ekoloji tarazlığın qorunmasına yönəlmişdir
Bakı, 3 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsi ilə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı qanun pozuntuları barədə müraciətlər qəbul edilir.
ETSN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, 2011-ci ilin yanvar ayı ərzində nazirliyin “Qaynar xətt”inə 44 müraciət daxil olmuşdur. Müraciətlərdən 36-sı yaşıllıqların mühafizəsi, 2-si kəskin qoxu, 3-ü məişət tullantıları, 2-si yerin təkindən istifadə ilə bağlı, 1-i isə səs-küylə əlaqədardır.
Daxil olmuş müraciətlərdən 29-u nazirliyin əməkdaşları tərəfindən araşdırılmış və qanunamüvafiq tədbirlər görülmüş, 15 müraciət isə öz təsdiqini tapmamışdır.
Qeyd edək ki, ETSN-də idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ əlaqə yaratmaq məqsədi ilə 2002-ci ildən “Qaynar xətt” fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]