Qazaxıstan karbohidrogenlərinin ölkəmizdən tranzit həcmlərinin artırılmasına dair müzakirələr aparılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan və Qazaxıstanın Energetika nazirlərinin müavinləri - Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmsədrlər COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən energetika sahəsində əməkdaşlığın davam etdirildiyini qeyd ediblər.
İclasda Qazaxıstan nefti, neft məhsulları və mayeləşdirilmiş qazının mövcud infrastrukturlar vasitəsilə tranzit həcmlərinin artırılması perspektivləri müzakirə olunub. Qazaxıstan mənşəli karbohidrogen məhsullarının ölkəmizin ərazisindən tranzit həcmlərinin artırılması ilə bağlı Azərbaycan və Qazaxıstan mütəxəssisləri tərəfindən qısa müddət ərzində birgə texniki və iqtisadi təhlilin aparılması razılaşdırılıb.
İclasda Azərbaycan tərəfindən Energetika, Xarici İşlər, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Qazaxıstan tərəfindən isə Energetika, Xarici İşlər, Sənaye və İnfrastruktur İnkişafı, Maliyyə nazirlikləri, “Aktau Dəniz Ticarət Limanı” ASC, “Batumi Neft Terminalı” MMC, “Kazmunayqaz”, “Kaztransqaz”, “Kaztransoyl”, “Kazmortransflot” və “Petrotrans Limited” şirkətlərinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]