Qazaxıstan səfiri: Regionda hansı proseslərin baş verəcəyinə ölkələrimiz özləri qərar verməlidir
Bakı, 14 iyun, AZƏRTAC
Mərkəzi Asiya və Xəzəryanı ölkələr regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özləri qərar verməlidir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu fikirləri bu gün Bakıda təşkil olunmuş dəyirmi masada deyib. Azərbaycan-Özbəkistan münasibətlərinə və Özbəkistan Respublikasının prezidenti postuna iyulun 9-na nəzərdə tutulan növbədənkənar seçkilərə həsr olunan tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilib.
“Regionda pozitiv proseslər baş verir. Biz bunlara sevinirik və imkan daxilində bu proseslərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edirik. Biz öz regionumuzun - Mərkəzi Asiya və Xəzər regionunun sahibiyik. Biz elə məqama çatmışıq ki, regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özümüz qərar verməliyik”, - deyən diplomat bu planda ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin çox mühüm olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]