Qazaxıstan təmsilçisi: QHT-lərin əməkdaşlığı regionda vətəndaş cəmiyyətinin güclənməsi üçün böyük önəm daşıyır
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlığı regionda vətəndaş cəmiyyətinin güclənməsi üçün böyük önəm daşıyır. Bu forum sayəsində biz təcrübə və bilik mübadiləsi edə, birgə layihələr həyata keçirə bilərik. QHT-lər müxtəlif sahələrdə birgə fəaliyyət göstərməklə cəmiyyətə daha çox fayda verə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın “Community HUB" İctimai Fondunun direktoru Assiya Tikeyeva TDT QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"na həsr olunan paneldə söyləyib.
O bildirib ki, forum həm Azərbaycan, həm də Qazaxıstan QHT-lərinin yeni təşəbbüsləri üçün ilham olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]