Qazaxıstan və Türkiyə Trans-Xəzər marşrutun inkişafında investisiya əməkdaşlığını gücləndirir



Astana, 27 mart, AZƏRTAC
Qazaxıstanın nəqliyyat-logistika sektorunda investisiya əməkdaşlığının perspektivləri və imkanları bu ölkənin nəqliyyat naziri Marat Karabayev ilə Türkiyənin “Çalık Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ahmet Çalık arasında keçirilən görüşdə müzakirə olunub.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) infrastrukturunun inkişafı məqsədilə bir sıra perspektivli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Nəqliyyat naziri Marat Karabayev qeyd edib ki, prioritet istiqamətlərdən biri də hər cür şərait yaradılan xarici investorlarla tərəfdaşlıq münasibətlərinin qurulmasıdır.
“Çalık Holdinq”in İdarə Heyətinin sədri vurğulayıb ki, şirkət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasını ən perspektivli nəqliyyat layihəsi hesab edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2025 [18:30]
Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb
- 26.04.2025 [16:54]
Çexiyada qızıl xəzinəsi tapılıb
- 26.04.2025 [16:38]
Roma Papası dəfn edilib
- 26.04.2025 [16:16]
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
- 26.04.2025 [14:20]
Zelenski və Tramp Romada görüşüblər
Çexiyada qızıl xəzinəsi tapılıb
- [16:54]
Roma Papası dəfn edilib
- [16:38]
Bir yazıçı ömrünün manifesti...
- [09:00]
Sabirabadda yol qəzası olub, piyada ölüb
- 25.04.2025 [23:38]
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
- 25.04.2025 [23:14]