QAZAXISTANDA AZƏRBAYCAN MİLLİ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ İTTİFAQI YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astana şəhərində Qazaxıstan azərbaycanlılarının birinci qurultayı keçirilmiş və burada Azərbaycan Milli Mədəniyyət Mərkəzləri İttifaqı yaradılmışdır. Astanada rus dilində çap edilən “Turan Ekspress” qəzetinin baş redaktoru Vidadi Salahov qurumun prezidenti seçilmişdır. Qurultayda Qazaxıstanın 12 vilayətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin rəhbərləri, diasporumuzun tanınmış üzvləri, jurnalistlər iştirak etmişlər.
Qurultay iştirakçıları əvvəlcə Astanadakı “Vətən qurbanları” abidəsinin önünə çiçək dəstələri düzmüşlər.
Şimali Qazaxıstan vilayəti Məclisinin deputatı, vilayətdəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Gülağa İldırımov yeni yaradılan qurumun məqsəd və vəzifələrindən danışmışdır. Bildirmişdir ki, biz bu qurumu yaratmaqla ümummilli liderimiz Heydər Əliyevin arzusuna əməl etmiş oluruq. Dünya Azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayında ulu öndər diaspor təşkilatlarının birləşdirilməsini təxirəsalınmaz və vacib işlərdən biri hesab etmişdi. Bu gün biz Qazaxıstandakı mədəniyyət mərkəzlərini birləşdirən mərkəzi bir orqan yaratdıq və elə bilirəm ki, bu qurum səmərəli fəaliyyət göstərəcəkdir.
Almatı vilayəti üzrə “Qobustan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əsli Osman, Cambul vilayətindəki mədəniyyət mərkəzinin sədri Əli Nəcəfov, Pavlodardakı “Vətən” Mədəniyyət Mərkəzi sədrinin müavini Rövşən İbrahimov və başqaları Azərbaycan rəhbərliyinin xarici ölkələrdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]