Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar
Nur-Sultan, 28 mart, AZƏRTAC
Qazaxıstan paytaxtında fövqəladə vəziyyət rejimini pozduğuna görə 200-dən çox insan cəzalandırılıb.
AZƏRTAC paytaxt prokurorluğuna istinadla xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən fövqəladə vəziyyət elan edilən vaxtdan etibarən 206 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Əlli nəfər qanunsuz sahibkarlıq fəaliyyəti (maskaların və antiseptiklərin satışı) ilə məşğul olduğuna, bir nəfər fövqəladə hallarda qanun və qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verdiyinə, 155 nəfər isə fövqəladə vəziyyət rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.
Karantin tələblərinin pozulması və izdihamlı yerlərin qanunsuz fəaliyyət göstərməsi faktları üzrə 90 müəssisə barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:49]
Avropada isti hava dalğası: İspaniyada rekord temperaturlar qeydə alınır
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]