İQTİSADİYYAT
Qazaxıstanın “Khabar” agentliyi Azərbaycanla ticarət əlaqələrinə həsr olunan süjet hazırlayıb
Süjetdə yeni Bakı Limanının fəaliyyətindən bəhs edilib
Bakı, 1 mart, Elvin Camalov, AZƏRTAC
Qazaxıstanın “Khabar” agentliyi Azərbaycanla ticarət əlaqələrinə həsr olunan süjet hazırlayıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, süjetdə iki ölkənin ticarət əlaqələri, limanlarının Avropa-Asiya dəhlizi boyu yükaşırması diqqət mərkəzində olub. Bu baxımdan televiziya kanalı Bakı Limanının fəaliyyəti və Aktau, Kurık limanları ilə əlaqələri haqqında bəhs edib.
Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfdə yeni müasir limanlar işə salınır, eyni zamanda, Çindən yüklərin çatdırılma sürətinin artması ilə “orta koridor” adlanan dəhlizə maraq artmaqdadır.
Qeyd olunub ki, əgər əvvəllər yüklər Çindən Kurık limanına 14 gündən artıq müddətə çatdırılırdısa, indi bu rəqəm 6 gün müddətinə endirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]