Qazaxıstanın turizm şirkətləri və KİV nümayəndələri üçün infotur təşkil olunub
Bakı, 2 aprel, AZƏRTAC
Qazaxıstanın bir sıra turizm şirkətləri, həkim-mütəxəssis iş adamları və kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana infotur təşkil olunub. İnfotur Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizminə dəstək Assosiasiyasının təşkilatçılığı , “Qaşaltı” sanatoriyasının, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin və “New Baku” hotelinin dəstəyi ilə həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində infotur iştirakçıları Bakı, Qəbələ, Şəki və Naftalanın turizm və təbii üsulla müalicə sahəsindəki imkanları ilə yaxından tanış olacaq, bir sıra rəsmi görüşlərdə iştirak edəcəklər. Həmçinin “Skal İnternational Bakı” təşkilatının dəstəyi ilə “Azərbaycanda turizm” mövzusunda seminarda iştirak nəzərdə tutulur.
Qonaqlar aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF - 2016”) sərgisinə qatılacaqlar.
İnfotur aprelin 8-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]