Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələ: Albaniyanın paytaxtından turizm mərkəzinədək

Bakı, 18 fevral, AZƏRTAC

Dağların əhatəsində yerləşən zümrüd meşələrdə gəzişməyi, minillik tarixi olan memarlıq abidələrini görməyi, ölkədə ən böyük attraksionlar parkında olmağı kim istəməz ki? Özü də dəbdəbəli otellərin təmin etdiyi komfort şəraitdə. Bunun üçün uzağa getmək lazım deyil. Sizi Qəbələyə dəvət edirik. Bu diyarın təbii sərvətləri, zəngin tarixi abidələri və inkişaf etmiş turizm infrastrukturu hər il dincəlmək istəyən minlərlə insanı cəlb edir.

Qəbələyə getsəniz, bu qədim şəhərdə aparılan qazıntılar zamanı aşkar edilən zəngin dəfinəni seyr etməyi, piano istehsalının sirlərini öyrənməyi, “Tufan” kompleksinin supermüasir xizək yollarında sürüşməyi və bənövşə çiçəyi mürəbbəsinin dadına baxmağı da unutmayın.

 

Misilsiz xəzinə və ya “Neft və milyonlar səltənətində”

Eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəlindən XVIII əsrin ortalarınadək mövcud olan qədim Qəbələni Troya, Pompey və Vavilon kimi şəhərlərlə müqayisə etmək olar. Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olub. Qədim alban çarının sarayı məhz burada yerləşib. Qədim şəhərin xarabalıqlarını bu gün də görmək olar: rayonun indiki inzibati mərkəzinin 25 kilometr şimal-qərbində. Qəbələ Tarix-Bədii Qoruğunun yerləşdiyi bu ərazidə hazırda arxeoloji qazıntılar aparılır. Burada aşkar edilən dəfinədə Ellin dünyasının Yunanıstan, Roma və Parfiya kimi dövlətlərinin sikkələri ilə bərabər, 500-dən çox yerli sikkə aşkar edilib ki, bu da o dövrdə əmtəə-pul münasibətlərinin miqyasından xəbər verir. Özü də gümüş alban sikkələri Makedoniyalı İsgəndərin sikkələrinə çox bənzəyir. Son vaxtların tapıntısı olan eramızdan əvvəl IV-III əsrlərə aid əzəmətli ərzaq anbarı da böyük maraq doğurur. Aşkar edilən mindən çox iri təsərrüfat bardağında şərab, qoz-fındıq, taxıl və ərzaq saxlanılırmış. Heç şübhəsiz, bu anbar ümumşəhər, bəlkə də ümumdövlət əhəmiyyəti daşıyırmış. Tapılan artefaktların çoxu hazırda Qəbələ Diyarşünaslıq Muzeyində saxlanılır.

Sovet dövründə bu rayon Qutqaşen adlanırdı. Yadımdadır, uşaq olanda valideynlərimlə yerli turbazada istirahət edirdim. Göbələk dalınca meşəyə getməyimiz, müəssisənin foyesində qoyulan “Dəniz döyüşü” oyun avtomatı və dinamiklərdən “Jizn nevozmojno povernut nazad...” mahnısının sədaları hafizəmdə həkk olunub. Sonralar, ötən əsrin 90-cı illərində nə qədər öyrənməyə çalışdımsa, heç kəs mənə izah edə bilmədi ki, Qutqaşen haradadır və hara yoxa çıxıb. Axırda məlum oldu ki, Qutqaşenin müəmmalı şəkildə yoxa çıxmasına 1991-ci ilin martında ona əzəli adı olan Qəbələ adının qaytarılması səbəb olub və hamı da dərhal Qutqaşen adını unudub. Buna baxmayaraq, hazırda Qəbələdə “Qutqaşen” adlı məhəllə var. Bu toponimin kökündə hazırda bu rayonun ərazisində yaşayan bir xalqın adı olan - “quti” sözü dayanır. Başqa versiyaya görə, “Qutqaşen” “qurd“ sözündən əmələ gəlib.

Əslən Qəbələdən olan tanınmış şəxsiyyətlər arasında maarifpərvər yazıçı, “Neft və milyonlar səltənətində” kitabının müəllifi İbrahim ağa Musabəyovu qeyd etmək olar. Onun bu əsəri əsasında 1917-ci ildə ekranlaşdırılan “Neft və milyonlar səltənətində” filmi çoxumuza tanışdır. Bu, Azərbaycanın ilk səssiz filmlərindən biri, bəlkə də birincisidir. Burada hisslər əl-qol hərəkətləri, əsəbi vəziyyətdə otaqda var-gəl etməklə ifadə olunurdu. Filmin qəhrəmanları gah ümidi üzülmüş kimi ah çəkir, gah da süni şəkildə ürəklərini, ya da başlarını tuturdular. Süjetin bəsit olmasına baxmayaraq, filmin əsasını təşkil edən material o şanlı dövrü yetərincə ətraflı təsvir edib.

Başqa bir qəbələli, Azərbaycan yazıçısı və Rusiyanın hərbi xadimi İsmayıl bəy Qutqaşınlı (1806-1861) da xüsusi qeyd olunmalıdır. Maraqlıdır ki, Rusiya imperator ordusunun general-mayoru İsmayıl bəy Müqəddəs Georgi ordeninə layiq görülən ilk azərbaycanlıdır.

 

Attraksionlar, xizəklər və piano imperiyasının sirləri

Müasir Qəbələ beynəlxalq hava limanına, inkişaf etmiş infrastruktura və yalnız sayına görə paytaxt Bakıdan geri qalan dəbdəbəli otellər şəbəkəsinə malik iri şəhərdir.

Bakirə təbiəti, zəngin tarixi və mədəni irsi, saysız-hesabsız görməli yerləri sayəsində Qəbələ keyfiyyətli istirahət və əyləncə həvəskarları üçün son dərəcə cəlbedici məkana çevrilib. Təəccüblü deyildir ki, Azərbaycanda, bəlkə də bütün Qafqazda açıq səma altında ən böyük attraksionlar parkı “Gabaland” məhz burada, sahəsi 16 hektar olan ərazidə yerləşir. Ailəvi, uşaq və ekstremal attraksion növləri, buz arenası, kartinq, idman meydançaları, 7D-teatr, kiçik restoran və kafelərdə dadlı yeməklər və bir çox digər xidmətlər müsafirlərin qulluğundadır.

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi də turistlər üçün çox maraqlıdır. Kompleksin birinci növbəsinin açılışı 2014-cü ilin əvvəlində olub. Qəbələ şəhərinin 4 kilometrliyində yerləşən kompleksdə istirahət üçün ən əlverişli şərait yaradılıb. Kompleksdə müasir kanat yolları və mürəkkəblik dərəcəsinə görə müxtəlif olan, “süni qar” sistemi ilə təchiz edilmiş çoxsaylı xizək yolları fəaliyyət göstərir. “Tufandağ” kompleksi gün ərzində bütövlükdə 3 min adama xidmət göstərə bilir. Kompleksin abadlaşdırılması, infrastrukturunun genişləndirilməsi işləri davam edir. Bu da onun Qusardakı “böyük qardaşının” - “Şahdağ” Qış-Yay Turizm Kompleksinin layiqli rəqibi olmasına imkan verir.

Qəbələdə istehsalat da inkişaf edib. Şəhərdə bir neçə iri müəssisə var. Bu müəssisələrin məhsulları ölkəmizdə və onun hüdudlarından kənarda yayılır. Bu müəssisələr arasında ən maraqlısı “Beltmann” markalı piano istehsal edən fabrikdir.

Qeyd edək ki, “Beltmann” pianosu yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur. Onun hissələrinin 90 faizi Almaniya və Avstriyadan gətirilir, tərkibi gizli saxlanılan çuqun çərçivələr isə Azərbaycanda hazırlanır.

Maraqlıdır ki, “Beltmann” fortepianosunun hazırlanması üçün Avstriya ilə Almaniya sərhədində bitən küknar ağacı tələb olunur. Həmin bölgədə temperatur ilin dörd fəslində 18-22 dərəcə isti olur. Ağacın yaşı isə minimum 150 il olmalıdır. Belə oduncağı 3,5 il suda saxlayır, sonra 3 il qurudurlar. Buna görə material “Beltmann” məhsulunu hazırlamağa imkan verən xassələr əldə edir, yalnız bundan sonra Azərbaycana gətirilir və ecazkar musiqi alətlərinə çevrilir. Bu musiqi alətlərinə düz 10 il zəmanət verilir!

2009-cu ildən etibarən hər il Azərbaycanda keçirilən məşhur Qəbələ Beynəlxalq Musiqi Festivalının səhnəsində məhz bu piano və royallar çalınır. Bütün yüksək sənət xiridarlarının cazibə mərkəzinə çevrilən bu festivalda klassik musiqi, caz və muğam səslənir. Tanınmış dirijor, pedaqoq-violençelçalan Dmitri Yablonski bu festivalın bədii rəhbərlərindən biridir.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun sonu - avqustun əvvəllərində keçirilir. Musiqiçilər Qəbələnin açıq səma altında yerləşən konsert meydanlarında və kamera konsert salonlarında çıxış edirlər. Hər iki ildən bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Festivalda dünyanın müxtəlif ölkələrindən adlı-sanlı musiqiçilər iştirak edirlər. Müxtəlif illərdə bu festivalda Yohannesburq Simfonik Orkestri, Vyana Kamera Musiqisi Orkestri, Qüds Simfonik Orkestri, London Kral Filarmoniya Orkestri və digər məşhur kollektivlər çıxış ediblər.

 

Turizm bumu və Nicdən olan Geroy

Qəbələ yol kənarında təşkil edilən bazarları ilə də məşhurdur. Belə bazarlarda fermerlər müxtəlif meyvə-tərəvəz, təbiətin digər nemətlərini satırlar. Deməliyəm ki, belə bazarlar bol çeşidi ilə heyrətləndirir və misilsiz koloriti ilə çoxsaylı turistləri cəlb edir. İsmayıllı rayonundan Qəbələyə gedən əsas yolun son kəsiyində yerləşən bazar daha çox məşhurdur. Burada əsasən çox koloritli adı olan və respublikanın ən böyük qəsəbələrindən biri sayılan Vəndam camaatı alver edir. Yerli sakinlər zarafatla deyirlər ki, dünya şöhrətli kino ulduzu Jan Klod Van Damm əslən bu kənddəndir. Burada mövsümi meyvələrlə yanaşı, təbii bal, müxtəlif ədviyyat, dağ bitkiləri, şorabalar, mürəbbə və cemlər satılır. Vəndam kəndi meyvə bağları, xüsusilə də alma bağları ilə tanınır. Yalnız İsmayıllı və Qəbələ regionlarında bitən məşhur “Qızıl Əhmədi” alma sortu burada yetişdirilir. Bazarda təbii alma ilə yanaşı, orijinal delikates - qoz-fındıqla birlikdə şərbətdə bişirilən almalar görmək olar. Turistlər soyuq halda sıxılmış müalicəvi çaytikanı yağı, gül ləçəklərindən hazırlanmış ətirli şirə, tut və üzüm doşabı almaq imkanını əldən vermirlər. Bazarda yetərincə ekzotik məhsullar, məsələn, bənövşə və itburnu çiçəklərindən hazırlanmış mürəbbələr təklif olunur.

Nə deyirsiniz deyin, amma qəbələlilər öz kəndlərinə yaddaqalan adlar verməkdə mahirdirlər. Rayon mərkəzinin 7 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə məzəli adı olan daha bir kənd - əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi olan Bum kəndi yerləşir. Bu kənd öz folkloru ilə məşhurdur. Yerli folklor ansamblı isə eyniadlı çoban oyunu şərəfinə “Zop-zopu” adlanır.

Nəhayət, Qəbələ rayonunun ən böyük kəndi - rayon mərkəzinin 40 kilometr cənub-qərbində yerləşən Nic barədə. Təqribən 4 min nəfər əhalisi olan bu kənddə qədim xalq - udinlər (utilər) yaşayırlar. Xristian dininə etiqad edən udinlər Alban Dövlətinin təşəkkülündə mühüm rol oynayan 26 alban tayfasından biridir.

Kənddə bir neçə qədim məbəd bizim günlərə gəlib çatıb. Kənd sakinlərinin qürur mənbəyi olan XVII əsrə aid “Çotari” kilsəsi vaxtilə alban xristianlığının mərkəzi olub. Yerli sakinlər deyirlər ki, kilsənin tikintisi başa çatandan sonra kəndin hər bir məhəlləsinin sakinləri onun ətrafında çinar ağacları əkiblər. Dini bayramlarda kənd sakinləri kilsəyə gəlir, hər bir ailə öz əkdiyi çinar ağacının altında oturur, qurban kəsir, yemək hazırlayır, yeyib-içirmişlər.

2006-cı ildə Alban kilsəsi bərpa işlərindən sonra təntənəli surətdə açılıb. Nic sakinləri 170 ildən sonra ilk dəfə öz məbədlərinə daxil olublar. Amma bu hadisənin xoşbəxt sonluqla bitən kədərli bir tarixçəsi var. Rus Pravoslav Kilsəsi idarəsi 1836-cı ildə Alban kilsəsini və onun katolikosunu ləğv edəndən və bu kilsənin tarixinə aid bütün sənədləri daşıyıb aparandan sonra udinləri erməni kilsəsinə keçməyə məcbur ediblər. Amma mömin udinlər Rusiya çarının Alban kilsəsinin erməni qriqoryan kilsəsinə tabe etdirilməsi barədə fərmanını qəbul etməyiblər və heç kəs erməni kilsəsinə keçməyib. Udinlər bütün ayinlərini və ibadətlərini evdə icra etməyə başlayıblar. Bundan istifadə edən ermənilər udinlərin bütün tarixi və dini irsinə sahib çıxıblar, onları assimilyasiya etməyə çalışıblar. Amma udin xalqı bütün bu illər ərzində öz etiqadını, dilini, adət və ənənələrini qoruyub saxlaya bilib və hazırda Azərbaycan dövlətinin himayəsi ilə yenidən dirçəlməyə başlayıb.

Başqa xalqlarda olduğu kimi, udinlərin də öz milli adları var. Amma Nic kəndində əsl udin adları ilə yanaşı, iqtibas edilmiş adlar da yetərincə çoxdur. Bəzən çox maraqlı adlara təsadüf edilir. Məsələn, çoxsaylı Vitali, Sergey və s. kimi adlar arasında rastımıza bir nəfər Volter, bir nəfər də məğrur Geroy adını daşıyan adam çıxdı.

Emil Eyyubov,

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

Layihə barədə

Əziz oxucular, biz bundan sonra da sizi Azərbaycanın regionlarında səyyahları gözləyən maraqlı kəşflərlə tanış edəcəyik.

Reportajda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş və turistlər üçün Azərbaycanın regionlarına dair bələdçi kitablarının tərtib edilməsini nəzərdə tutan layihə çərçivəsində toplanmış informasiyadan istifadə olunub.

Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bələdçi kitabları hazırda bir neçə dildə çap olunub və satışa çıxarılıb. Şəki, Gəncə, Şəmkir, Şamaxı, habelə Azərbaycanın digər şəhər və regionlarına həsr olunmuş nəşrlər isə çapa hazırlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib