Qəbələ “ASAN xidmət” mərkəzinin könüllüləri ətraf mühitin qorunmasına töhfə verirlər
Qəbələ, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“ASAN Könüllülər” Təşkilatının “Yaşıl ASAN” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar noyabrın 19-da Qəbələ regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən rayonun Laza kəndinin ərazisində təmizlik aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ətraf mühitə qayğı və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin ictimaiyyətin bu istiqamətdə fəallığının artırılmasıdır.