“Qəbələ” klubu hücumçu Ermin Zetslə yollarını ayırıb
Bakı, 21 may, AZƏRTAC
“Qəbələ” futbol klubu hücumçu Ermin Zetslə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, 2015-ci ilin iyulundan “Qəbələ”nin formasını geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran Bosniya və herseqovinalı hücumçu 2015/2016-cı il mövsümündə “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub.
İyirmi səkkiz yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]