Qəbələ rayonunda əhalinin sayı açıqlanıb
Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Qəbələ rayonunun əhalisi 901 nəfər artaraq, 2021-ci il yanvarın 1-i vəziyyətinə 108 min 687 nəfərə çatıb. Onlardan 14 min 108 nəfəri şəhər, 22 min 665 nəfəri qəsəbə, 71 min 914 nəfəri isə kənd əhalisidir. Əhalinin 55 min 321 nəfərini kişilər, 53 min 366 nəfərini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
İdarə rəisi bildirib ki, 2020-ci ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 1627 nəfər doğulan körpə və 718 ölüm halı qeydə alınıb. Əhalinin təbii artımı 909 nəfər olub. İl ərzində rayon Qeydiyyat şöbəsi tərəfindən 357 nikah və 111 boşanma halı rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [17:29]
Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb
- 02.06.2026 [17:19]
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
- 02.06.2026 [16:11]
Beyləqanda qadın kooperativlərinin nəzdində cücə-inkubator sexləri açılıb
- 02.06.2026 [14:41]
Şəkidə taxıl biçininə 131 kombayn cəlb ediləcək
- 02.06.2026 [14:05]
Laçın şəhər 2 nömrəli məktəbin muzeyi respublika müsabiqəsində qalib olub
- 02.06.2026 [12:54]
Lənkəranda avtomobil 58 yaşlı qadını vurub, vəziyyəti ağırdır VİDEO
- 02.06.2026 [11:47]