“Qəbələ şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin ikinci mərhələsi icra edilir
Qəbələ, 1 avqust (AZƏRTAC). Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihəyə uyğun olaraq suötürücü qovşaq, su anbarları tikilmiş, anbarlararası boru xətləri çəkilmiş, subartezian quyuları qazılmışdır. Qəbələnin şimalında, Dəmiraparan çayının sahilində suqəbuledici kompleks - hər birinin tutumu 1000 kubmetr olan iki su anbarı, xlorator qurğusu və laboratoriya binasının inşası başa çatdırılmışdır.
Gələcəkdə beş quyudan saniyədə 62,5 litr su çıxarılacaq ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verəcəkdir. Podratçı şirkət suyun əhaliyə öz axarı ilə verilməsini təmin etmək üçün hündür nöqtələrdə altı yeni anbar inşa edir.
Hazırda “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi həyata keçirilir. Bu günlərdə şəhərin Sahil küçəsində plastik borularla 2.500 poqonmetr kanalizasiya xətti çəkilişi, iki ədəd subartezian quyusunun qazılması işləri başa çatdırılmışdır. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [18:01]
Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib
- 15.05.2026 [17:56]
Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub
- 15.05.2026 [16:29]
İstehlak bazarında qiymətlər açıqlanıb
- 15.05.2026 [15:24]
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib
- 15.05.2026 [15:23]