Qəbələ xəstəxanasında ilk - Mürəkkəb total splenektomiya əməliyyatı uğurla icra edildi
Qəbələ, 3 mart, AZƏRTAC
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi prosedur - ilk dəfə total splenektomiya əməliyyatı uğurla icra olunub.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həkim cərrah Fariz Abdullayev, assistent həkim cərrah-uroloq Elçin Bağırlı və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra edilən total splenektomiya əməliyyatından sonra pasiyent sağlamlığına qovuşub.
Səhiyyə müəssisəsindən bildirilib ki, 2003-cü il təvəllüdlü (kişi cinsli) pasiyentə dalağın iriölçülü exinokok kistası diaqnozu təyin olunub və cərrahi əməliyyat tövsiyə edilib.
Müalicəsi müəssisənin Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Rasim İslamoğlu – müxbir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:55]
Lənkəranda ağacəkmə aksiyası
- 06.06.2026 [19:26]
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
- 06.06.2026 [17:58]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [16:31]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [15:20]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]