Qəbələdə koronavirus əleyhinə qabaqlayıcı tədbirlər davam etdirilir
Qəbələ, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayon ərazisində, küçə və səkilərdə, park və xiyabanlarda, yaşayış binalarının həyətlərində, idarə və müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 24-də rayon ərazisində, Qəbələ şəhərinin prospekt və küçələrində, insanların sıx toplaşdığı ərazilərdə, yaşayış məhəllələrində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Rayonda dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.